Accessibility links

Eyyub Hüseynov: Azərbaycanda qaldırılan qiymət bir daha enmir


Eyyub Hüseynov: Azərbaycanda qaldırılan qiymət bir daha enmir
please wait

No media source currently available

0:00 0:08:11 0:00

Oktyabrın 16-da Tarif (qiymət) Şurası enerji qiymətlərinin yenidən qaldırılması ilə bağlı qərar qəbul edib.

Tarif Şurası qazın və enerji qiymətlərinin yenidən qaldırılmasını dünya bazarında təbii qazın bahalaşması, ölkədə bu sahəyə investisiya qoyuluşunun təmin edilməsi, xidmət səviyyəsinin yüksəldilməsi, dövlət büdcəsindən asılılığın aradan qaldırılması ilə izah edib.

Tarif Şurasının tez-tez qiymətlərin qaldırılması ilə bağlı qərar verməsi və bunun izahı istehlakçıları qane etmir. Bu səbəbdən qiymətlərin qaldırılması narazılıqla qarşılanıb. Ekspertlər hesab edir ki, Tarif Şurasının qərarları istehlakçıların gəlirləri ilə mütənasib deyil.

Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov Amerikanın Səsinə müsahibəsində istehklakçıların hüquqlarının müdafiəsinin vacibliyini bildirib.

Amerikanın Səsi: Tarif Şurası son zamanlar tez-tez təbii inhisarda olan məhsulların qiymətlərinin artırılması ilə bağlı qərarlar qəbul edir. Təbii ki, bu da istehlakçıların narazılığı ilə qarşılanır. Sizcə enerji resurslarının pərakəndə və topdansatış qiymətlərinin tez-tez artırılmasının səbəbi nədir?

Tarif Şurası birmənalı şəkildə yalnız qiymətlərin artırılması işini görür

Eyyub Hüseynov: Ümumiyyətlə Tarif Şurasının qiymətləri artırmaqla bağlı hansı funksiyaları varsa, onun hamısına vaxtaşırı əl gəzdirir və birmənalı şəkildə yalnız qiymətlərin artırılması işini görür. Tarif Şurasının sonuncu qərarı, yəni enerji qiymətlərinin artırılması məsələsi, əlbəttə istehlakçılarda böyük narazılıq yaradıb. Bununla bağlı Azad İstehlakçılar Birliyinə çoxlu telefon zəngləri gəlir. Təəssüflər olsun ki, Tarif Şurası və müvafiq qurumlar qiymətlərin artırılmasının səbəblərini aydın izah etmirlər, yalnız onunla izah edirlər ki, guya təchizatçıların maliyyə problemləri var, gələcəkdə daha yaxşı xidmət göstərəcəklər. Onun üçün də əhali buna dəstək verməlidir. Amma, əhalinin bundan böyük narazılığı mövcuddur.

Amerikanın Səsi: Sizin fikrinizcə, qiymətlərin belə tez-tez artrılmasının real səbəbləri nədir?

Eyyub Hüseynov: Əlbəttə, buna dünya bazarında gedən proseslər də, pandemiya da təsir edir. Pandemiya şəraitində kommunikasiyalarda, malların gətirilməsində, daşınmasında problemlər yaranıb. Bunlar da təsir edir. Lakin, onu da qeyd edək ki, bütün ümumdünya təsirlərindən Azərbaycan vətəndaşlarını, istehlakçılarını qorumaq üçün daha rasional yollar seçilə bilər. Məsələn, yerli istehsalı qaldırmaq üçün müəyyən iş görmək olar. İstehlakçılar arasında elə bir iş aparmaq olar ki, enerji itkilərinin azaldılmasına nail olunsun. Tikintidə, məişətdə və sair. Bu kimi alternativ yollar var. Lakin, təəssüflər olsun ki, birmənalı şəkildə bu qiymət artırmalarının səbəbi aydın şəkildə əhaliyə çatdırılmır.

Amerikanın Səsi:Sizcə Tarif Şurası qiymətləri artırarkən istehlakçılarla dialoq aparırmı? Hansı səbəbdən Tarif Şurasının tərkibində istehlakçıların hüquqlarını müdafiə edən təşkilatların nümayəndələri təmsil olunmur?

Ölkəmizdə nə qədər şəffaflıq proqramları həyata keçirilsə də, ölkə başçısı nə qədər şəffaflığa çağırışlar etsə də, təəssüflər olsun ki, Tarif Şurası şəffaflıqdan uzaqdır. İstehlakçı hüquqlarını qoruyan təşkilatla bir dəfə də görüş keçirməyib.

Eyyub Hüseynov: Biz, Azad İstehlakçılar Birliyi olaraq dəfələrlə bu barədə təkliflər vermişik ki, səs hüququna malik olmasa da isehlakçı təşkilatların nümayəndələri təmsil olunsun. İstehklakçılarla dialoq aparılsın. Ondan sonra müəyyən qərarlar qəbul olunsun. Çox təəssüflər olsun ki, Tarif Şurası öz əsasnaməsinə görə qapalı şəraitdə müəyyən yerli qurumların təklifləri və təhlilləri əsasında qiymət siyasətini müəyyən edir.

Bu da, əlbəttə nəticədə istehlakçının cibindən çıxır, istehkaçıların həyat səviyyəsinə mənfi təsir edir. Bəli, ölkəmizdə nə qədər şəffaflıq proqramları həyata keçirilsə də, ölkə başçısı nə qədər şəffaflığa çağırışlar etsə də, təəssüflər olsun ki, Tarif Şurası şəffaflıqdan uzaqdır. İstehlakçı hüquqlarını qoruyan təşkilatla bir dəfə də görüş keçirməyib. Tək Tarif Şurası deyil, digər müvafiq qanunlar istehlakçılara xidmət etməlidir. Təsadüfi deyil ki, bir çox ölkələrdə, o cümlədən qonşu Rusiyada bütün qanunlar, qərarlar qəbul olunanda istehlakçı ekspertizasından keçirilir ki, istehlakçının həyataına necə təsir edəcək. Təəsüflər olsun ki, Azərbaycan Tarif Şurası və digər qurumlar istehlakçı təşkilatlarla və yaxud geniş kütlə ilə kifayət qədər müzakirələr aparmırlar. Qanunları, necə deyərlər, yorğan altında qəbul edirlər.

Amerikanın Səsi: Tarif Şurası hökumət qurumudur. Qiymətlərin artırılması ilə bağlı təklifləri də hökumət qurumları verir. Belə olan halda, bir hökumət qurumunun digər hökumət qurumuna qiymətlərin artırılması ilə bağlı təklif verməsi və həmin təklifin uyğun sayılması nə dərəcədə realdır?

Tarif Şurası müstəqil bir qurum olmalıdır. Hökumətə tabe olmayan bir qurum olmalıdır.

Eyyub Hüseynov: Əlbəttə, ilk baxışdan parodaksal və maraqlar konfliktinin olduğu görünür. Necə deyərlər təklifi sağ əldən sola ələ verir. Buna bənzəyir. Son nəticədə bundan istehlakçılar əzab çəkir. Ona görə də bəlkə də Tarif Şurası müstəqil bir qurum olmalıdır. Hökumətə tabe olmayan bir qurum olmalıdır. Ölkənin, insanların, iqtisadiyyatın nəbzini tutmalıdır. Elə rasional qərarlar qəbul etməlidir ki, insanlar həmin qərarlardan razı olsun. Məsələn, dərmanların qiymətlərinin tənzimlənməsi qərarı insanların razı olduğu bir qərar oldu. Bu cür rasional işlər görə bilərlər. Müstəqil qurum olarsa daha yaxşı olar.

Amerikanın Səsi: Hazırda məhsulların artım qiymətləri ilə əhalinin gəlirləri mütənasiblik təşkil edirmi?

On ilədn artıqdır ki, ölkədə “Anti-inhisar Məcəlləsi” qəbul olunmur ki, inhisarçılıqla mübarizə aparılsın.

Eyyub Hüseynov: Hazırda məhsulların, xüsusilə ərzaq mallarının qiymətinin dayanmadan artması tendensiyası əhalini çox narahat edir. Azad İstehlakçılar Birliyinə hər gün çoxlu sayda zənglər gəlir. Lakin müvafiq qurumlar qeyd edir ki, azad bazar iqtisadiyyatıdır. Kim malını neçəyə istəsə sata bilər. Düzdür, biz də bunu inkar etmirik. Lakin, digər bir məsələ də var. Ölkə prezidenti bütün iqtisadi yığıncaqlarda daim müraciət edir ki, ölkədə inhisarçılıq, süni qiymət artımı var. Müvafiq qurumlara tapşırıqlar verir. Lakin, təəssüflər olsun ki, on ildən artıqdır ki, ölkədə “Anti-inhisar Məcəlləsi” qəbul olunmur ki, inhisarçılıqla mübarizə aparılsın. Parodoksal hallardan biri də budur ki, dünya bazarında bir malın qiyməti aşağı düşəndə Azərbaycan bazarı ona reaksiya vermir. Hansı ki, biz düşünürük ki, Azərbaycan bazarı dünya bazarına inteqrasiya olunmuş açıq bazardır. Lakin, dünya bazarında haradasa bir malın qiyməti qalxan kimi, hələ ondan bir-iki gün qabaq Azərbaycan bazarı ona reaksiya verir, qiymətlər qaldırılır. Azərbaycanda bir dəfə qaldırılan qiymət bir daha enmir. Bu da problemdir. Doğrudan da ölkədə kartel sövdələşmələri var. Qiymətlərin maraqlı toplum tərəfindən müəyyən edilməsi var. Eləcə də inhisarçılıq var. Çox təəssüf ki, bazar bu bəladan xilas ola bilməyib. Üstəlik dövlət məmurları fəal bizneslə məşğuldur. İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı qanunvericilik kənarda qalır. Bir müddət əvvəl bir biznesmen demişdi ki, məmur bizneslə məşğul ola bilməz. Onun üzərinə media hücumları oldu. Düşünürəm ki, o şəxs çox düz demişdi. Təssüf ki, məmurun fəal bizneslə məşğul olduğu, kartel sövdələşməsi olduğu bir vəziyyətdə, əlbəttə, qiymətlər durmadan artacaq.

Amerikanın Səsi: İstehlakçılara təklif edilən məhsulların keyfiyyət standartları necədir? Buna nəzarət məsələləri nə yerdədir?

Əmtəə bazarında çoxlu sayda keyfiyyətsiz qida var. Onların markalanmasında da problemlər var.

Eyyub Hüseynov: Bəli, ərzaq məhsulları sektoruna fikir versək görərik ki, bu sahədə problemlər var. Məlumdur ki, iki ildən artıqdır ki, Qida Təhlükəsizliyi Agentliyi fəaliyyət göstərir. Lakin onlar qidanın təhlükəsizliyini təmin edir, keyfiyyətini təmin etmirlər. Ona görə də əmtəə bazarında çoxlu sayda keyfiyyətsiz qida var. Onların markalanmasında da problemlər var. Bizim ofisdə də bunların nümunəsini görə bilərsiniz. Çoxlu sayda belə keyfiyyətsiz qida var. Lakin, vəziyyət get-gedə dəyişməyə doğru gedir. Yerli istehsal nisbətən sürətlənir. Düşünürəm ki, istehlakçılar yerli istehsallara üstünlük verməlidir. Digər mallar sektorunda da həddindən artıq problemlər var. Dünyanın müxtəlif ölkələrindən Azərbaycana standarta uyğun olmayan mallar gətirilir. Xüsusən, mürəkkəb texniki cihazlar və sair. Həddən artıq çox şikayətlər var.

XS
SM
MD
LG