Accessibility links

İran-Ermənistan əlaqələrinə etiraz edən din xadiminə 7 ay həbs



Güneyli din xadimi Höccətül-İslam Əbdüləziz Əzimi-Qədim İran Özəl Ruhani Məhkəməsinin Təbriz şöbəsi tərəfindən yeddi ay və bir gün həbs cəzasına məhkum edilib. Cənab Əzimi-Qədim Amerikanın Səsinə ona qarşı çıxarılan hökmün ötən il dekabr ayında İran və Ermənistan arasında əlaqələrin genişlənməsinə etiraz olaraq, Marağa şəhərində keçirilən aksiyalarla bağlı olduğunu bildirib.

Oyan News veb səhifəsi azərbaycanlı ruhaninin “qeyri-qanuni aksiyaya qatılmaq” və “İran İslam Respublikasına qarşı təbliğat aparmaq” ittihamları ilə günahlandırıldığını qeyd edib.

Ötən il dekabrın 27-də Marağanın Müsəlla meydanında keçirilən və bir çox azərbaycanlının qatıldığı etiraz aksiyası zamanı “Yaşasın Azərbaycan” və “Qarabağ bizimdir, bizim olacaq” kimi şuarlar səsləndirilmişdi. Etirazlara qatılan Əzimi-Qədim və Marağalı milli fəal Davud Əzimzadə çıxışları zamanı “İranın Azərbaycan respublikasına qarşı Ermənistana dəstək verməsinə” etiraz etmişdilər.

Din xadimi etirazların keçirildiyi gün nəzarət altına alınıb üç aya yaxın Ettelaat həbsxanası və Təbriz zindanında saxlandıqdan sonra zəmanət qarşılığında müvəqqəti olaraq azadlığa buraxılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG