Accessibility links

Fövqəladə Hallar Nazirliyi hava şəraiti ilə bağlı əhaliyə müraciət edib


Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti ilə bağlı əhaliyə müraciət edib.

Bu barədə Azərbaycan FHN-nin rəsmi məıumatında deyilir.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, noyabrın 10-u günün ikinci yarısından başlayaraq noyabrın 12-dək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, qeyri-sabit və yağıntılı keçəcəyi, güclü külək əsəcəyi proqnozlaşdırılır.

Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, gözlənilən hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

"Xüsusilə, güclü küləyin səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün diqqətli davranaraq yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü külək zamanı baş verən yanğınların söndürülməsi mürəkkəbləşdiyindən yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir."

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 30-dan çox raket və pilotsuz təyyarəsini vurub
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. İlham Əliyev və Nikol Paşinyan arasında Kişinyonvda görüş.
please wait

No media source currently available

0:00 0:29:22 0:00
XS
SM
MD
LG