Accessibility links

Fövqəladə Hallar Nazirliyi: Qəbələdə dağlıq ərazidəki yanğın məhdudlaşdırılıb


meşə yanğınları foto arxiv
meşə yanğınları foto arxiv

Azərbaycanın Qəbələ rayonunun Solquca və Abrıx kəndləri istiqamətində mürəkkəb relyefli dağlıq ərazidəki yanğın məhdudlaşdırılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyin məlumatında deyilir.

Məlumata görə hazırda ərazidə soyutma tədbirləri həyata keçirilir.

Nazirlik qeyd edir ki, yanğınla mübarizə tədbirlərinə, ümumilikdə, FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Müki müdafiə qoşunları, Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin 3 ədəd helikopteri, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və bir qrup yerli sakin cəlb olunub.

Azadlıq Radiosu bundan əvvəl yerli sakinlərə istinadən xəbər verib ki, 2 həftədir ki, davam edən yanğın azı 400 hektara yaxın ərazini məhv edib.

Son günlər havaların isti keçməsi nəticəsində Azərbaycanın müxtəlif regionlarında meşə massivlərində və otlaq sahələrində yanğınlar qeydə alınır.

XS
SM
MD
LG