Accessibility links

Füzuli-Şuşa avtomobil yolunun çəkilişinə iki Türkiyə, bir Azərbaycan şirkəti cəlb edilib


Yeni Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun inşasını həyata keçirmək üçün iki Türkiyə və bir Azərbaycan şirkəti seçilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bildirir ki, Şuşaya çəkiləcək yeni avtomobil yolu layihəsi şərti olaraq 5 hissəyə bölünüb.

“Əsas qüvvə olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin canlı qüvvəsi və texnikaları hazırda layihə boyu tikinti işlərini həyata keçirir. Bundan başqa çətin relyefə malik olan ərazilərdə avtomobil yollarının inşası ilə bağlı təcrübəyə malik 2 türk və 1 yerli tikinti şirkəti də layihəyə cəlb olunub.”

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikinti layihəsinin uzunluğu 101.5 kilometr, yolun ümumi eni 37.7 metr təşkil edəcək.

Yeni avtomobil yolunun əsas hissəsinin eni 21.5 olmaqla, 4 hərəkət zolağından ibarət olacaq. Bundan başqa relyefin imkan verdiyi əraziyə qədər layihə üzrə hər bir istiqamətdə əlavə geniş hərəkət hissəsinə malik 1 ehtiyat zolağının inşası da nəzərdə tutulub. Ehtiyat zolaqları ilə birgə yolun bir hissəsinin 6 hərəkət zolağından ibarət olması planlaşdırılır.

Yeni Füzuli-Şuşa magistral avtomobil yolu başlanğıcını Hacıqabul- Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi magistral yolunun Füzuli rayonunun Əhmədbəyli kəndindən keçən hissəsindən götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd və Xocalı rayonlarının ərazisindən keçəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG