Accessibility links

“Füzuli” Beynəlxalq hava limanının radiotexniki vasitələrinin hazırlığı yoxlanılır


“Füzuli” Beynəlxalq hava limanının radiotexniki vasitələrinin hazırlığı yoxlanılır
“Füzuli” Beynəlxalq hava limanının radiotexniki vasitələrinin hazırlığı yoxlanılır

“Füzuli” Beynəlxalq hava limanında radiotexniki vasitələrin hazırlığı yoxlanılır.

Bu barədə Azərbaycan Hava Yolları-AZAL aviaşirkəti məlumat yayıb.

“20-25 avqust tarixlərində “Füzuli” Beynəlxalq hava limanınında müntəzəm reyslərin yerinə yetirilməsi məqsədilə radiotexniki vasitələrin hazırlığının yoxlanılması üçün xüsusi hava gəmisilə uçuşlar həyata keçirilir. Yoxlama ATR 42-500 biznes sinif təyyarəsinə quraşdırılmış Aerodata AD-FIS-112 uçuş müfəttişliyinin tam avtomatlaşdırılmış kompleksinin tətbiqi ilə gündəlik olaraq həyata keçiriləcəkdir,” AZAL-ın məlumatında deyilir.

AZAL bildirir ki, AFIS (Aero Flight Inspection System) – hava limanlarında enmə vasitələrinin və yerüstü radionaviqasiya sistemlərinin yoxlanılması üçün istifadə olunan müasir tam avtomatik uçuş nəzarət sistemidir.

2021-ci ilin yanvarında Azərbaycan Prezidenti Füzulidə beynəlxalq hava limanının tikintisi barədə sərəncam imzalayıb. Hava limanının təməlqoyma mərasimi yanvar ayının 14-də olub. Hava limanının uçuş zolağı artıq hazırdır.

Yeni hava limanının uçuş-enmə zolağının uzunluğu 3 000 metrdir.

Füzuli rayonu 23 avqust 1993-cü ildə erməni silahlı birləşmələrinin nəzarətinə keçib. 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında yenidən hərbi əməliyyatlar başlayıb. Füzuli rayonunun ərazisi 2020-ci il oktyabrın 17-də azad edilib. Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində 300-dən çox yaşayış məntəqəsi, o cümlədən 5 rayon, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri döyüş əməliyyatlarının dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Cənubi Koreya Ukraynada 300 Şimali Koreya əsgərinin öldüyünü bildirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Cimmi Karterlə vida mərasimi. Azərbaycan-İran münasibətləri.
please wait

No media source currently available

0:00 0:29:40 0:00
XS
SM
MD
LG