Accessibility links

Fəallar Facebook hesablarının sındırılmasına etiraz edir


Azərbaycanda bir neçə ictimai-siyasi fəal, jurnalist və media təşkilatı son iki həftədə sosial şəbəkələrdəki akkauntlarına nəzarəti itiriblər. Onların Facebook hesabları şəxsiyyət vəsiqələrindən istifadə edilərək sındırılıb və deaktiv edilib.

Həmin şəxslər identifikasiya kartlarından istifadə etməklə hesablarını avtorizasiya etmək üçün Facebook-dan naməlum şəxslərin sorğusu ilə bağlı mesajlar alıblar.

Bu barədə “Azərbaycan vətəndaş cəmiyyəti qrupu”nun bəyanatında deyilir.

Bundan öncə, iyun ayında fəal Gülnarə Mehdiyeva ziyan çəkib, belə ki, onun hesabı sındırılıb və daxil olmaq mümkün olmayıb.

Hökumətin tənqidçilərinə qarşı kiberhücumlar son ayda Azərbaycanda artıb. Yerli ekspertlər hökumətin bu hücumlarda iştirakının mümkünlüyünü vurğulayırlar.

Jurnalist Aysel Umudova, həmçinin Xalq Cəbhəsi Partiyasının bir qrup fəalı Facebook-da hesablarına hücumlardan şikayətləniblər.

Bu arada, vətəndaş cəmiyyəti nümayəndələri, hüquq müdafiəçiləri və fəallardan ibarət qrup Azərbaycan prezidentini COVİD-19 pandemiyası ilə əlaqədar bəzi məhbusları əfv etməyə çağıran onlayn-petisiya yayıblar.

Öz növbəsində, Azərbaycan rəsmiləri ölkədə insanların fikirlərinə görə təqib olunmadığını və internetdən insanların sərbəst istifadəsi üçün hər cür şəraitin yaradıldığını bildirir.

Şərhlərə bax

XS
SM
MD
LG