Accessibility links

Fəallar Nizami rayon Məhkəməsinin qarşısında “Tofiq Yaqubluya azadlıq!” şüarı səsləndirib


Fəallar Nizami rayon Məhkəməsinin qarşısında aksiya
Fəallar Nizami rayon Məhkəməsinin qarşısında aksiya

Bu gün, sentyabrın 9-da bir qrup ictimai fəal Tofiq Yaqubluya hökm oxumuş Nizami rayon Məhkəməsinin qarşısında “Tofiq Yaqubluya azadlıq!” şüarı ilə aksiya keçirib. Polis aksiyaya müdaxiləı edib, bir neçə fəal saxlanılıb.

Polis jurnalistlərin çəkiliş aparmasına mane olzan zaman bir qrup reportyor “Azad media susdurula bilməz!”, “Mediaya toxunma!” şüarları səsləndirib.

Rəsmi qurumlar aksiya ilə bağlı hələ məlumat yaymayıb.

Nizami rayon Məhkəməsinin qarşısında aksiya
Nizami rayon Məhkəməsinin qarşısında aksiya

Sentyabrın 3-də Bakının Nizami Rayon Məhkəməsi hakim Nəriman Mehdiyevin sədrliyi ilə Milli Şuranın və Müsavat Partiyasının üzvü, prezident İlham Əliyevin sərt tənqidçilərindən olan Tofiq Yaqublunun 4 il 3 ay həbsə məhkum edilməsi barədə hökm çıxarıb.

Penitensiar Xidmətdən vəkilin dediklərinə münasibət almaq mümkün olmayıb.

Bu il martın 22-də Tofiq Yaqublunun park edilmiş avtomobilini başqa avtomobil vurub.

Bakının Nizami rayon Polis İdarəsində Yaqubluya qarşı cinayət işi qaldırılıb.

Sentyabrın 2-də Tofiq Yaqublu son sözündə məhkəmə və hakimiyyəti ittihamı saxtalaşdırmaqda və siyasi sifarişdə ittiham edib. Yaqublu məhkəmədə həbsinə etiraz olaraq aclıq aksiyasına başladığı bildirib.

Yaqublu ilk dəfə 2013-cü ildə İsmayıllıda iğtişaşların təşkilində ittiham olunaraq həbs edilib. 2019-cü ilin oktyabrında icazəsiz aksiyada iştirakına görə inzibati qaydada həbsə məhkum edilib.

XS
SM
MD
LG