Accessibility links

Fəallar “Tələbəyə ədalət” şüarı ilə aksiya keçirməyə cəhd edib


"Tələbəyə ədalət" aksiyası

Mayın 3-də Tələbə Güc Mərkəzi Təşkilatının fəalları Azərbaycan Dövlət İqtisad Universitetinin binası qarşısında etiraz aksiyası keçirməyə cəhd edib. Etirazşılar əllərində "Tələbəyə ədalət!" banneri tutub.

Bu zaman polis aksiyanın qarşısını alıb və iştirakçıların əksəriyyəti saxlanılıb. Saxlanılanlar arasında Rəvan Axundov, Əhməd Məmmədli, Fərid Cabbar, Tükəzban Qasımova və fəal Rüstəm İsmayılbəyli də olub.

"Tələbəyə ədalət" aksiyası
"Tələbəyə ədalət" aksiyası

Aksiya iştirakçılarının sözlərinə görə, universitetdə müəllimlər imtahanların keçirilməsi qaydalarına etiraz edən tələbələri təhdid edir.

“Tələbələrə imtahan sualları verilmir. Bu da təbii ki, tələbələrə çətinlik yaradır. Bundan əlavə biz tələb edirik ki, onlayn qaydada keçirilən dərslərdə qayıb limiti götürülsün,” aksiyanın bəyanatında deyilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirib ki, aksiya iştirakçıları ərazidən uzaqlaşdırılıb, saxlanılanlar yoxdur.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ və Hindistan müdafiə sahəsində əməkdaşlığı müzakirə edib
please wait

No media source currently available

0:00 0:11:27 0:00

Amerika İcmalı

Amerika İcmalı. İlham Əliyev və Nikol Paşinyan arasında Kişinyonvda görüş.
please wait

No media source currently available

0:00 0:29:22 0:00
XS
SM
MD
LG