Accessibility links

Fələstinlilər İordan çayının Qərb Sahilində məhdudiyyətləri yüngülləşdirir


Koronavirus məhdudiyyətləri yüngülləşdirilən İordan çayının işğal olunmuş Qərb Sahilində məscidlər, kilsələr və müəssisələr çərşənbə axşamı günündən açılmağa başlayacaq. Bu barədə bazar ertəsi Fələstinin baş naziri Məhəmməd Ştayə bildirib.

Fələstin rəhbərliyi İordan çayının Qərb sahilindəki Betlehem şəhərində koronavirusa ilk yoluxma halları qeyd edildikdən sonra mart ayında səhiyyə sistemində fövqəladə vəziyyət və regionda təcrid elan etdi.

Baş nazir bölgədə yoluxma hallarının azaldığını və ehtiyatla normal həyata dönməyin vaxtının çatdığını deyib.

Çərşənbə axşamı məscidlərin, mağazaların və fabriklərin açılışı Ramazan ayının sona çatmasının qeyd edildiyi Ed Əl-Fitr, Ramazan Bayramının son günü ilə üst-üstə düşür.

Ştayə nazirliklər və hökumət idarələrinin çərşənbə günü açılacağını və Qərb Sahilindəki şəhərlər arasında nəqliyyatın məhdudlaşdırılması üçün qurulan nəzarət məntəqələrinin qaldırılacağını bildirib.

Fələstinin Səhiyyə Nazirliyinin bildirdiyinə görə, İordan çayının Qərb Sahilində yeni koronavirusa 423 yoluxma halı qeydə alınıb, 2 nəfər ölüb.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG