Accessibility links

İsraillə fələstinlilər arasında gərginlik artıb


İsrail gecə saatlarında Qəzza zolağına havadan hücumlar həyata keçirib. Eyni zamanda fələstinli yaraqlılar İsrail ərazisinə raket atıb.

BMT-nin Yaxın Şərqdə Sülh Prosesi üzrə xüsusi koordinatoru Nikolay Mladenov deyib ki, hazırkı gərgin vəziyyət dərhal nəzarət altına alınmasa, qısa zamanda daha da pisləşərək hər kəs üçün dağıdıcı nəticələr verə bilər.

Zorakılıq İsraillə Həmas arasında dördüncü müharibənin başlanmasından yayınmaq üçün atəşkəsə nail olmaq barədə hər iki tərəfin nikbinlik nümayiş etdirməsindən sonra baş verib.

İsrail dövlətinin 70-ci ildönümünə hazırlıqlara başlanıldığı vaxt fələstinlilər mart ayından bəri İsrail-Qəzza sərhədi boyu etiraz aksiyaları keçirib.

İsrail əsgərləri təxminən 158 nümayişçini öldürüb. İsrail tərəfi ölənlərin əksəriyyətinin sərhədi keçməyə cəhd edən militantlar olduqlarını iddia edir.

İsrail Həması terrorizmi ört-basdır etmək üçün nümayişlər təşkil etməkdə təqsirləndirir. Həmas bu ittihamları rədd edir.

XS
SM
MD
LG