Accessibility links

İsraillə fələstinlilər arasında qarşıdurma davam edir


İsrailin hərbi təyyarələri çərşənbə axşamı Qəzza zolağına hücumlar həyata keçirdiyi bir vaxt İsrail ordusu Fələstin ərazisindən raket atəşlərinin davam etdiyini bildirib.

Döyüşlər fələstinlilərin İsrail ərazilərini raket atəşinə cavab olaraq İsrailin Qəzza zolağına hava hücumları həyata keçirməsindən sonra başlayıb.

Bazar ertəsi axşam İsrailin hərbi təyyarələri Həmas lideri İsmayıl Haniyənin ofisi də daxil olmaqla, Qəzza zolağında onlarla mövqeyi hədəf alıb.

Həmasın İsrail ərazisindəki evdə 7 nəfərin yaralanması ilə nəticələnən raket hucumuna cavab olaraq İsrailin Qəzza zolağına hava hücumları zamanı ölənlər və yaralananlar barədə məlumat verilməyib.

İsrailə qarşı ikinci hücum ölkənin baş naziri Benyamin Netanyahunu Vaşinqtona səfərini qısa tutmasına məcbur etsə də, o, vətəninə prezident Trampın Birləşmiş Ştatların İsrailin Qolan təpələrini əhatə edən suverenliyini tanımasını bəyan etməsindən sonra dönüb.

XS
SM
MD
LG