Accessibility links

Fələstinlilər: İsrail əsgərləri ilə qarşıdurmada fələstinli yeniyetmə öldürülüb


Fələstinin Səhiyyə Nazirliyinin bildirdiyinə görə, İsrail əsgərləri çərşənbə günü işğal edilmiş İordan çayının Qərb sahilində İsrailin torpaq müsadirəsi təhlükəsilə əlaqədar keçirilmiş qarşıdurma zamanı fələstinli bir gənci öldürüb.

Reuters xəbər agentliyinin hadisə yerində olan müxbiri etirazçıların İsrailin İtamar yaşayış mənqərəsi yaxınlığındakı təpəyə toplaşanları dağıtmaq üçün atəş açan və gözyaşardıcı qazdan istifadə edən İsrail əsgərlərinə daş atdıqlarını bildirib.

İsrail ordusu zorakı iğtişaş kimi xarakterizə etdiyi hadisə zamanı təxminən 500 fələstinlinin əsgərlərə daş atdığını və təkərlər yandırdığını və insidentin yenidən nəzərdən keçiriləcəyini bildirib.

Fələstin Səhiyyə Nazirliyi 15 yaşındakı bir gəncin güllə ilə vurularaq öldürüldüyünü, digər 18 etirazçının isə ordunun rezin örtüklü metal güllələrlə atəş açması nəticəsində yaralandığını bildirib.

Fələstinlilər və dünyanın əksər ölkələri İsrailin 1967-ci ildə Yaxın Şərq müharibəsində ələ keçirdiyi ərazilərdə inşa etdikləri yaşayış məntəqələrini qanunsuz hesab edir. İsrail bununla bağlı mübahisə qaldırır.

XS
SM
MD
LG