Accessibility links

Fəriba Adelxah casusluq ittihamı ilə mühakimə edilməyəcək


Fransa və İran vətəndaşlığına malik olan tədqiqiatçı alim Fəriba Adelxah casusluq ittihamı ilə mühakimə edilməyəcək. O və digər bir fransız alim hələ də təhlükəsizliklə bağlı ittihamlar altındadır. Bunu ayladır həbsdə olan alimin vəkili bildirib. Səid Dehqan deyib ki, Fəriba Adelxah və Roland Marşal təbliğat yaymaq ittihamı ilə həbsdə saxlanılıb.

Paris Universitetinin Böyük Səhraaltı region üzrə mütəxəssisi Roland Marşal iyun ayında İrana səfər edərkən həbs edilib.

Onu səfəri zamanı tərəfdaşı Fəriba Adelxah müşayiət edib.

Mur-Qilbert
Mur-Qilbert

Dekabr ayında Adelxalq və avstraliyalı ziyalı Kili Mur-Qilbert həbslərinə etiraz olaraq aclıq aksiyasına başlayıb. Aclıq barədə xəbər İranın İnsan Haqları Mərkəzi tərəfindən yayılmış və Adelxahın çalışdığı tədqiqat mərkəzi tərəfindən təsdiq edilmişdi.

Vəkil aclıq aksiyasının davam edib-etmədiyinə dair məlumat verməyib.

Melburn universitetinin alimi Mur-Qilbert 2018-ci ilin oktyabr ayından nəzarət altındadır.

Oktyabr ayında iki avstraliyalı alim İran tərəfindən azad edilib. Bu, Avstraliya ilə məhbus mübadiləsi ilə baş tutub.

Roland Marşal
Roland Marşal

İran Priston universitetinin ailiminin azad edilməsindən sonra ABŞ-la da məhbus mübadiləsinə hazır olduğuna işarə edib.

Bütün bunlar İran generalının öldürülməsindən əvvələ təsadüf edib. Lakin iki ölkə arasında gərgnliklərin dərinləşdiyi bir vaxt hadisələrin necə inkişaf edəcəyi bəlli deyil.

Şərhlərə bax

XS
SM
MD
LG