Prezident İlham Əliyevin sərəncamı ilə Fərid Qayıbov Azərbaycanın gənclər və idman naziri təyin edilib.
Fərid Qayıbov 1979-cu il aprelin 24-də Bakı şəhərində anadan olub. Bundan öncə Avropa Gimnastika İttifaqının prezidenti və Azərbaycan Gimnastika Federasiyasının (AGF) Baş Katibi olub.
Qayıbov 1999-сu ildə Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutunda Biznesin təşkili və idarə edilməsi üzrə bakalavr və 2001-ci ildə magistr dərəcəsi əldə edib.
2014-cü ildə P.F. Lesqaft adına Milli Dövlət Bədən Tərbiyəsi, İdman və Sağlamlıq Universitetində (Sankt-Peterburq, Rusiya) pedaqoji elmlər namizədi dərəcəsi əldə edib.
Azərbaycanın bundan öncə gənclər və idman naziri Azad Rəhimov bu il aprelin 30-da uzun sürən ağır xəstəlikdən vəfat edib.