Accessibility links

Fərman Ceyranlı: "Müxalifəti dəstəklədiyimə görə siyasi sifarişlə həbs olundum"


Tbilisi məhkəməsi Lanset klinikasının təsisçisinin məhkəməsini uzadır

Gürcüstanin paytaxtı Tbilisi şəhərində "Lanset" klinikasının həmtəsisçisi, azəbaycanlı cərrah Fərman Ceyranlının apellyasiya şikayəti üzrə məhkəmə araşdırması başa çatıb.

Lalə Hüseynli: "Atam siyasi sifarişlə həbs edilib"
please wait

No media source currently available

0:00 0:02:12 0:00

Ceyranlının qızı Lalə Hüseynli Amerikanın Səsinə müsahibəsində bildirib ki, prosesdə prokuror, vəkillər və Ceyranlının özü son sözlə çıxış edib.

Müdafiə tərəfi məhkəmədən Fərman Ceyranlıya bəraət verilməsini xahiş edib. Məhkəmə heyəti bildirib ki, qərar elan olunmağa hazır deyil. Yekun qərar dekabrın 6-da elan olunacaq.

F.Ceyranlının qızı güman edir ki, məhkəmə qərarının yubadılması Gürcüstanda prezident seçkiləri ilə əlaqədardır.

Həbsi Gürcüstan və Azərbaycan iqtidarları tərəfindən sifariş edilib

"Atam məhkəmədə çıxışında bildirdi ki, həbsi siyasi sifarişdir. Həbsi Gürcüstan və Azərbaycan iqtidarları tərəfindən sifariş edilib.

O, Gürcüstanda müxalifəti dəstəklədiyinə görə həbs edildiyini və həbsində Azərbaycan iqtidarının da maraqlı olduğunu dedi. Atam məhkəmənin bir neçə aydır ki, müxtəlif bəhanələrlə uzadılmasına etiraz bildirdi"- deyə, Lalə Hüseynli Amerikanın Səsinə bildirib.

Xatırladaq ki, F.Ceyranlı 2017-ci il mayın 22-də həbs olunub. Ona qarşı Gürcüstan Cinayət Məcəlləsinin 247-ci maddəsinin 1-ci bəndi (insanların həyatı və sağlamlığına təhlükə yaradan informasiyanı gizlətmək) və 180-ci maddənin 3-cü hissəsinin b yarımbəndi (kütləvi dələduzluğa cəhd) maddələri ilə ittiham irəli sürülüb. Nəticədə o, altı il azadlıqdan məhrum edilib.

Lanset klinikası
Lanset klinikası

"Ceyranlı Azərbaycanda vitrualaz.org saytında 2017-ci ilin may ayının 4-də dərc olunan "Gürcüstanda gizli antiazərbaycan yuvaları; görüşlər, pullar, təlimatlar" yazısından (http://virtualaz.org/bugun/94808) 2 həftə sonra həbs olunub. Həmin yazıda azərbaycanlı iş adamı həmvətənləri olan siyasi müxalifəti maliyyələşdirməkdə ittiham olunurdu. Ona qarşı təsisçisi olduğu klinikada 1 il öncə həyata keçirilmiş orqan köçürməsi zamanı xəstənin ölümü ilə bağlı cinayət işi qaldırılıb. Sual oluna bilər; həmin əməliyyatı Fərman Ceyranlı etmədiyi halda niyə ona cinayət işi açıldı? Və o, suçlu idisə, cinayət işi niyə 13 ay sonra-Azərbaycan hakimiyyətinin qəzəbinə və hədəfinə tuş gəldikdən sonra həbs olundu?" hüquq müdafiəçisi Oqtay Gülalıyev sual edib.

Fərman Ceyranlı Tbilisidə "Lanset" klinikasını təsis edənədək eyni adlı klinikanı Bakı şəhərində təsis edib. Bakıda onun təsisçisi olduğu klinikada 2010-ci ildən başlayaraq vergi yoxlamaları aparılıb, hüquq-mühafizə orqanları klinikaya gələrək sənədləri götürüb. Nəhayət Azərbaycan Səhiyyə Nazirliyi kinikanı bağlayıb. Bunu Fərman Ceyranlı qanusuzluq hesab edib və 2014-cü ildə Tbilisidə klinika təsis edib. Ceyranlının Tbilisidə təsis etdiyi klinikada Azərbaycandan olan çoxsaylı insanlar, o cümlədən müxalifətçilər müalicə alıb.

Fərman Ceyranlı 2016-cı ildə Gürcüstanda parlament seçkilərində deputatlığa namizəd olub və bu ölkədə yaşayan azərbaycanlıların hüquqlarının pozulması ilə bağlı bəyanatlarla çıxış edib. O, Gürcüstan hökumətlərinin siyasətini tənqid edib. Seçkilərin nəticələrinə görə Ceyranlı deputat olmayıb.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG