Accessibility links

Fəxrəddin Abbasovun Azərbaycanda saxlanıldığı bildirilir


Fəxrəddin Abbasovun Rusiyada müvəqqəti yaşamaq hüququ müddətinin bitməsi ilə əlaqədar Moskva vilayəti Lyuberetsk şəhər məhkəməsinin deportasiya haqqında qərarı icra olunarkən 28 fevral 2019-cu ildə Bakı şəhəri Beynəlxalq Hava Limanında Azərbaycan hüquq mühafizə orqanları tərəfindən saxlanılıb və istintaqa cəlb edilib.

Bu barədə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsinin məlumatında deyilir.

“Hazırda Azərbaycan vətəndaşı Fəxrəddin Abbasovun Ermənistana səfərləri, özünün də bildirdiyinə görə Ermənistan xüsusi xidmət orqanı əməkdaşı ilə apardığı görüş və əlaqələrinin mahiyyəti, Ermənistanda keçirilən və kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə yayımlanan tədbirlərə canlı yayıma qoşularaq Azərbaycan və onun ərazi bütövlüyü əleyhinə etdiyi çağırışlar və digər əlaqəli məsələlərlə bağlı istintaq araşdırmaları davam etdirilir,” məlumatda qeyd edilir.

İctimai əlaqələr şöbəsi bildirir ki, Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı aparılan cinayət işi üzrə Azərbaycan vətəndaşı Fəxrəddin Abbasov Cinayət Məcəlləsinin 281.2 (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (Milli, irqi nifrət və düşmənçiliyin salınması, milli ləyaqətin alçaldılması) maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli bilinərək, bu əməllərə görə təqsirləndirilən şəxs kimi məsuliyyətə cəlb edilməsinə dair qərar qəbul edilib.

Bakı şəhəri Səbail rayon Məhkəməsinin 14 iyul 2018-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Fəxrəddin Abbasov 1981-1995-ci illərdə Bakı Dövlət Universitetində dərs deyib, 1993-1995-ci illərdə "Tolışi Sədo" qəzetinin redaktoru olub.

1993-cü ildə Azərbaycanda hərbi-siyasi böhran zamanı Abbasov talış millətçilərinin liderlərindən biri olub, Azərbaycanın cənubunda elan edilmiş, tanınmamış Talış-Muğan Respublikasının parlament sədri vəzifəsini tutub.

1995-ci ildə Rusiyaya köçüb, burada "Tolış" qəzetini dərc edib. 2005-ci ilin mayında Ermənistanda talışların problemi ilə bağlı beynəlxalq konfransda iştirak edib.

Azərbaycanda konfrans separatizmə dəstək kimi qiymətləndirilib.

Fəxrəddin Abbasov Moskvada yaşayıb, 2018-ci il sentyabrın 6-da Lyuberts Məhkəməsinin qərarı ilə Azərbaycan hakimiyyətinin sorğusu əsasında saxlanılıb.

Amnesty İnternational-ın məlumatına görə, 2019-cu il fevralın 27-də hüquq-mühafizə orqanlarının hansısa əməkdaşları istintaq təcridxanasına gəlib və Baş Prokurorluğun Abbasovu azad etmək barədə rəsmi məktubunu təqdim edib. Onlar Abbasovu özləri ilə aparıblar. Bu zaman onun şəxsi əşyaları təcridxanada qalıb.

Fəxrəddin Abbasovun ailəsi və vəkili hələ baş verənlərə münasibət bildirməyib.

13-22 aprel 2009-cu il əhalinin siyahıya alınmasına əsasən Azərbaycan vətəndaşları olan etnik talışların sayı 111.996 nəfərdir. Onlardan ana dili talış dili olanların sayı 68.689 nəfərdir.

Talışlar Azərbaycanın cənubunda, əsasən Astara, Lerik, qismən Lənkəran və Masallı rayonlarında yaşayır.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG