Accessibility links

ABŞ-ın F-16 qırıcı təyyarəsi təlim zamanı qəzaya uğrayıb


Cənubi Kaliforniyada hərbi pilotun qırıcı F-16 təyyarəsində adi gündəlik təlim keçdiyi zaman qəzaya uğramaqda olan təyyarəni təhlükəsiz şəkildə yerə endirdiyi bildirilir.

Hərbi rəsmilər qırıcı təyyarənın cümə axşamı Riversayd mahalındakı March Air Reserve bazasının ərazisinə düşdüyü zaman ciddi xəsarət alanların olmadığını desələr də, sonradan yerdə olan beş nəfərin yaralandığı və pilotun da müayinə üçün xəstəxanaya çatdırıldığı bildirilib.

Bazanın yanğınsöndürmə bölməsinin başçısı Tomiti Holidey pilotun hidravlik problemi olduğu üçün təyyarəyə nəzarəti itirdiyini bildirib.

The Los Angeles Times qəzetinin hərbi baza rəsminlərinə istinadən bildirdiyinə görə, qırıcı təyyarə yerə enərkən kiçik bir yanğın baş verib.

XS
SM
MD
LG