Accessibility links

FaceApp ABŞ senatorunun iddialarına cavab verdi


Mobil FaceApp proqramının yaradıcısı Yaroslav Qonçarov foto-tətbiqlə bağlı iddialara cavab verib. O, Forbes jurnalına müsahibəsində şirkətin istifadəçilərdən aldığı məlumatları Rusiya serverlərinə ötürmədiyini bildirib.

ABŞ senatori Çak Şumer çərşənbə günü Federal Təhqiqat Bürosu və Federal Ticarət Komissiyasından Rusiyada hazırlanmış FaceApp foto-servisi ilə əlaqədar təhqiqat aparılmasına çağırıb. Senator foto-servisin milli təhlükəsizlik və özəl həyatın müdafiəsi baxımından təhqiq edilməsi üçün bu qurumlara məktub göndərib.

İstifadəçilərin öz şəkillərini “qocalda” və ya “cavanlaşdıra” bildiyi bu foto-tətbiq dərhal böyük populyarlıq qazanmağa başlayıb. Senator Şumer məktubunda bildirib ki, istifadəçilərin “özəl fotoları və məlumatlarına tam çıxış” tələb edən bu servis “milli təhlükəsizlik və milyonlarla ABŞ vətəndaşının özəl həyatı üçün” risk təşkil edə bilər.

ABŞ senatoru Çak Şumer
ABŞ senatoru Çak Şumer

Demokrat Partiyasının Milli Komitəsi də 2020-ci il seçkilərində prezidentliyə namizədlərə foto-servisdən istifadə etməmək haqda xəbərdarlıq edib.

FaceApp tətbiqinin istifadəçilərin məlumatlarını Rusiya hökumətinə ötürdüyünə dair dəlil yoxdur. Bu tətbiq 2017-ci ildə yaradılıb və 2018-ci ildə iqrçilikdə ittiham edildikdən sonra “etnik filterlər”i aradan qaldırdıqdan sonra populyarlıq qazanıb.

Senator Şumer deyib ki, bu foto-tətbiqin Rusiyada yerləşməsi FaceApp-ın hökumətlər də daxil olmaqla, üçüncü tərəfə Amerika vətəndaşlarının məlumatlarına çıxış imkanı verə bildiyinə dair suallar yaradır.

FaceApp açıqladığı bəyanatda məlumatların üçüncü tərəfə ötürüldüyü haqda iddianı rədd edib.

Amerika İcmalı

Amerika İcmalı. Türkiyə prezident seçkilərinin ikinci turuna hazırlaşır.
please wait

No media source currently available

0:00 0:29:14 0:00
XS
SM
MD
LG