Facebook şirkəti çərşənbə axşamı cütlüklər üçün “Tuned” adlı yeni mesajlaşma applikasiyasını təqdim edib. Bu applikasiya söhbətləşmə, fotoşəkillər və musiqi paylaşmaqla yanaşı, xatirələrin sıralama qrafikinə sahib olmağa imkan verir.
Sensor Tower saytından verilən məlumata görə, applikasiya hazırda yalnız ABŞ və Kanadadakı Apple App Store-da mövcuddur.
Xəbəri yayımlayan məlumatda applikasiyanın yeni sosial media məhsullarını sıfırdan quran Facebook-un Yeni Məhsul Təcrübəsi (NPE) adlı kiçik bir qrup tərəfindən hazırlandığını deyib.
NPE tətbiqi "sizin və sizə əziz olanların özünü yalnız özü kimi hiss edəcəyi xüsusi bir məkan" olaraq təsvir edir.
Sensor Tower bildirib ki, 'Tuned' hazırda ABŞ-da 872, Kanadada isə 550 nömrəli sosial şəbəkədir.
2004-cü ilin fevral ayında Harvard Universitetinin tələbəsi Mark Zukerberq Facebook sosial şəbəkəsini yaratmaq fikrinə düşüb. Yeni sayt Harvard Universiteti tələbələrinin görüş yeri kimi hazırlanmışdı.
Bununla yanaşı, aktiv iştirakçıların sayı 66 milyonu aşmışdı və illik satışlar təxminən $150 milyon dollara çatmışdı. Sonralar dünyanın ən məşhur sosial şəbəkəsinə çevrilən Facebook əlavə applar hazırlamağa və almağa başladı.
Instagram və Whatsapp sosial media nəhənginin sahib olduğu applikasiyalar arasındadır.