Accessibility links

Facebook-da 50 milyon istifadəçinin hesabına hücum olub


Facebook istifadəçilərinin "təxminən 50 milyonu"- nun şəxsi hesabına hücum olub.

Şirkətdən verilən məlumata görə, hakerlər insanların hesablarına nəzarət etmək üçün "View As" kimi tanınan funksiyasının zəifliyindən istifadə edə bilib.

Hücum çərşənbə axşamı günü aşkar edilib və bu barədə polisə məlumat verilib.

Haker hücumunun təsiririnə məruz qalan istifadəçilərdən cümə günü yenidən giriş edilməsi istənilib.

Facebook-un təhlükəsizlik üzrə rəhbəri Qay Rozen bildirib ki, problem aradan qaldırılıb.

"Biz araşdrımaya qısa müddət bundan öncə başladığımız üçün hələ hansı hesabların bu hücumdan zərər gördüyünü və ya hansı informasiyaların əldə olduğunu müəyyənləşdirə bilməmişik. Bu hücumların arxasında kimin durduğu və ya harada olduğuna dair məlumatlarımız da yoxdur."

Qay Rozen insanların şəxsi həyatı və informasiyalarının təhlükəsizliyinin vacibliyini vurğulayaraq, baş verənlərə görə üzr istəyib.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG