Accessibility links

Facebook sosial medianın demokratiyaya zərər vurduğunu etiraf edib


Facebook rəhbəri Mark Zukerberq
Facebook rəhbəri Mark Zukerberq

Facebook şirkəti sosial şəbəkələrin demokratiyaya zərər vura biləcək potensiala malik olduğunu və şirkətin şəbəkədən necə istifadə edildiyini anlamasının “mənəvi borcu” olduğunu bildirib.

Son 18 ay müddətində şirkət yanlış məlumatlar kampaniyaları və hökümətlərin demokratiyanın boğulması və insanların qorxudulması üçün bu xidmətdən necə istifadə etdiyini anlamadığı üçün tənqidlərlə üzləşib.

Şirkətin vətəndaş fəallığı üzrə məhsul meneceri Samid Çakrabarti: “Müsbətlərin mənfiləri kölgədə qoyacağına zəmanət vermək istəyərdim, amma bunu edə bilmərəm.”

2016-cı ilin ABŞ prezident seçkilərindən etibarən, Facebook şirkəti sosial şəbəkədən necə istifadə edildiyi məsələsinə daha tənqidi yanaşmağa başlayıb. Bu tənqidlərin bəziləri sosial şəbəkənin insanların həyatlarını daha yaxşı etməsi fikirlərini sual altına qoyur.

Şirkət dekabr ayında dərc etdiyi “Sosial mediada keçirilən vaxt bizim üçün zərərlidirmi?” məqaləsində sosial şəbəkənin insanlara potensial mənfi təsirləri haqqında da danışıb.

Özünə qarşı tənqidi yanaşma, Facebook-un rəhbəri Mark Zukerberqin fərdi hədəflərində də öz əksini tapıb. Şirkət rəhbəri hər ilin əvvəli fərdi hədəflərini elan edərək, il ərzində onları həll etməyə söz verir. Əvvəlki illərdə, bu hədəflərə Mandarin dilini öyrənmək, daha çox kitab oxumaq və hər gün bir mil məsafə qaçmaq daxil olub.

Zukerberq deyib ki, builki hədəfi xarici müdaxiləyə qarşı müdafiə də daxil olmaqla, Facebook-un üzləşdiyi çətin məsələlərin həll edilməsidir.

Xarici müdaxilə

2016-cı ildə ABŞ prezident seçkiləri zamanı Rusiyada yerləşən təşkilatlar Amerika Birləşmiş Ştatları ərazisində 126 milyon insana çatdırılan 80,000 post yayıblar. Çakrabartin Rusiyanın sosial mediadan “informasiya silahı” kimi istifadə etdiyini qeyd edib. O əlavə edib ki, şirkət öz şəbəkəsi çərçivəsində siyasəti daha şəffaf etmək üçün müvafiq dəyişikliklər edib.

XS
SM
MD
LG