Accessibility links

Facebook dəyişikliklərlə üz-üzədir [Video]


Facebook dəyişikliklərlə üz-üzədir
please wait

No media source currently available

0:00 0:02:37 0:00

Facebook dəyişikliklərlə üz-üzədir

Dünyadakı 2 milyard insan üçün Facebook ən vacib əlaqə vasitələrindən birinə çevrilib. Ancaq son zamanlar sosial media şəbəkəsinin dəyişdirilməsi üçün təzyiqlər artmaqdadır. Son günlərdə Facebookun müştərilərin məlumatlarını necə idarə etdiyinə dair yaranan mübahisələr daha çox tənzimləmə qaydalarının tətbiq olunmasına çağırışların artmasına səbəb olub. Bununla əlaqədar. Şirkətin icraçı direktoru Mark Zukerberqin gələn həftə Vaşinqtonda ifadə verməsi gözlənilir. Bəzi firmalar isə konkret cavab alana qədər şəbəkədəki reklamları dayandırıblar.

Mozilla şirkəti olaraq biz keçən həftədən etibarən Facebook reklamımızı dayandırmışıq. Biz istehlakçıya qarşı daha çox şəffaflıq və seçim imkanının verilməsini istəyirik. Biz bununla bildirmək istəyirik ki, əgər siz vəziyyəti ciddi qəbul edib, dəyişiklik etsəniz o zaman biz yenidən sizin platformaya qoşulacağıq.” - deyə, Denil Dikson bildirib.

Denil Dikson Firefox veb brauzerini hazırlayan Mozilla şirkətinin baş əməliyyat direktorudur. Onun təşkilatı Facebookun insanların məlumatları ilə nə etdikləri ilə bağlı istifadəçilərinə qarşı daha doğru və səmimi olmasını istəyir.

“Bunun ən sadə qaydası bizim etdiyimiz qaydadır – sürpriz olmayacaq. İstifadəçilərini sürprizlə təəccübləndirmə. Yox əgər elə bir səhv etdinsə, gərək ayağa qalxıb, bunu qəbul edib və bu səhvi düzəltmək üçün nə edəcəyini açıq-aydın bildirəsən.” - o, əlavə edib.

Hətta Facebook tənqidçiləri arasında Facebooku silmə mövzusunda o qədər də ciddi deyillər. Belə görünür ki, sosial media vasitəsilə ünsiyyət öz aktuallığını itirməyəcək.

“Əsas hədəf nöqtəsi facebook olsa da, bu təkçə facebookun problem deyil. Bu reklama bağlı olan bütün vebin problemidir. Bizim hazırda internetdə nəzarətə bağlı biznes modeliimiz var ki, gizlilik hüququ olsa onlar var olmağa davam edə bilməz." - deyə, Gennie Qebhart bildirib.

Tənzimləmə çağırışlarına gəldikdə isə Silikon Vadisi bu qanun dəyişikliklərinin yeni və kiçik bizneslərə zərər verə biləcəyindən narahatdır. Lakin Facebook çox böyük olduğundan ondan daha geniş hesabatlılıq tələb edilə bilər.

San Fransiskoda xarici sahibkarlar üçün keçirilən tədbirdə iştirakçılar bildirib ki, bu hadisə Facebook və bütün ictimai media üçün əhəmiyyətli bir andır.

Yeni qaydaların tətbiq olunması və ya özünü tənzimləmə olmasından asılı olmayaraq görünən budur ki, Facebookun gələcəyi təhlükə altındadır.

XS
SM
MD
LG