Accessibility links

Avropa Komissiyası Facebook və Twitter-dən narazılığını bildirib


Avropa Komissiyası sosial media nəhəngləri olan Facebook və Twitter-in Avropa İttifaqının istehlakçı qanununa əsasən irəli sürdüyü tələblərə qismən riayət etdiyini bildirib.

Komissiya hər iki şirkəti iki il əvvəl istifadəçilərin saxta məlumatlar barədə şikayətlərindən sonra xidmət şərtlərini dəyişməyə çağırıb.

Qurum şirkətlərin məsuliyyət və istifadəçilərin mümkün kontentin çıxarılması və ya müqavilənin ləğv edilməsi barədə məlumatlandırılması ilə bağlı öhdəliyinə qismən cavab verdiyini bildirib.

Avropanın islehlakçı məsələlərinə dair kommissioneri Vera Curova tələblərə riayətin başa çatdırılmadığından və bunun uzun zaman aldığından şikayətlənib. O, üzən qaydalara sanksiyalar tətəbiq ediləcəyini bildirib.

XS
SM
MD
LG