Accessibility links

Facebook fotoların və videoların dəqiqliyini yoxlamağı planlaşıdırır


Facebook fotoların və videoların dəqiqliyini yoxlamağı planlaşıdırır
please wait

No media source currently available

0:00 0:00:57 0:00

Washington Post-un verdiyi məlumata görə, Facebook öz səhifəsində yerləşdirilən məqalələrlə yanaşı, fotoların və videoların da dəqiqliyini yoxlamağı planaşdırır.

Facebook, 2016-cı il ABŞ seçkilərindən sonra sosial şəbəkədə çoxlu sayda saxta məlumatların qarşısını ala bilmədiyini üçün tənqidlərlə üzləşmişdi. Şirkət yeni alqoritmlə saxta xəbərlərin qarşısını almağa çalışacaq.

Sosial şəbəkə nəhəngi bildirir ki, hazırladığı alqoritm dünyanın 17 ölkəsində istifadə ediləcək. Əlavə edilir ki, həmin ölkələr arasında Birləşmiş Ştatlar da olacaq.

Facebook paralel axtarış və metadatanın təhlili ilə fotoların və videoların dəqiqliyini müəyyən edə biləcək. Materiallarda şübhəli məqam qeydə alındığı halda, Facebook həmin fotoların və videoların daha ətraflı yoxlanışı üçün şirkətdən kənar təhlilçilərə göndərəcək.

XS
SM
MD
LG