Accessibility links

Facebook həmtəsisçiləri də milyonçu xeyriyyəçilər sırasına qoşuldu


Facebook həmtəsisçiləri də milyonçu xeyriyyəçilər sırasına qoşuldu
Facebook həmtəsisçiləri də milyonçu xeyriyyəçilər sırasına qoşuldu

Mark Zukerberq və Dastin Moskovitz qazanclarının 50 faizini xeyriyə işlərinə xərcləməyi planlaşdırır

Facebook sosial şəbəkəsinin həmtəsisçiləri Mark Zukerberq və Dastin Moskovitzin sözlərinə görə, onlar qazanclarının 50 faizini xeyriyə işlərinə xərcləməyi planlaşdırır.

Bu iki gənc Mircosoft həmtəsisçisi Bil Geyts və investor Vorren Baffet tərəfindən başladılan “ Yardım Öhdəliyi” layihəsinə qoşulan 17 zəngin amerikalı sırasına daxil olub. Layihənin məqsədi ABŞ-ın ən zəngin insanlarının xeyriyyə ianələri yaratma öhdəliyinə cəlb etməkdir. Qeyd edək ki, Bu ilin əvvəlində Zukerberq Nyu-Cörsi ştatının Nyuark şəhərində dövlət məktəbləri sisteminə 100 milyon dollar məbləğində yardım verəcəyini elan etmişdi.

XS
SM
MD
LG