Accessibility links

Facebook İranla əlaqəli olan 82 hesabı silib


Facebook şirkəti cümə günü elan edib ki, şirkət öz sosial şəbəbəsindən və Instagram platformasından İrandan açılan 82 hesabı, səhifəni və qrupu silib. Şirkət həmin səhifələrin sahiblərinin bəzilərinin Birləşmiş Ştatların və ya Britaniyanın rezidentləri olduqlarını və onların daha çox liberal siyasət haqqında yazdıqlarını əlavə edib.

Həmin Facebook səhifələrinin ən azı birinin bir milyondan çox izləyicisi olub. Şirkət əlavə edib ki, səhifələr arasında koordinasiyalaşdırılmış addımların İran hökuməti ilə əlaqəsi olub-olmadığı aydın deyil. Bundan əlavə, səhifələrdə yerləşdirilən postların yayılması üçün 100 dollardan az pul sərf edilib.

Facebook deyir ki, ABŞ Konqresinə ara seçkilər ərəfəsində şirkət hesabların həqiqiliyi yoxlamaq üçün gücünü səfərbər edib və hal-hazırda təhlükəsizlik məsələlərinə şirkətin 20,000 əməkdaşı cəlb edilib.

İranla bağlı hesablara gəldikdə isə, Facebook-un kibertəhlükəsizlik siyasətinin rəhbəri Natanyel Qlişer deyib ki, həmin hesablar İranda açılıb və oradan idarə edilib. O, əlavə edilib ki, səhifənin postları sanki Birləşmiş Ştatlarda və bəzi hallarda Britaniyadan yerləşdirildiyi kimi görsənir. Həmin postlar gərgin siyasi debatlara səbəb olan irqi mövzular, prezidentə müxaliflik və immiqrasiya haqqında idi.

XS
SM
MD
LG