Accessibility links

Facebook Konqresə ara seçkilərdən öncə 100-dən çox hesabı bloklayıb


Facebook şirkəti ABŞ-da Konqresə çərşənbə axşamı günü keçirilən ara seçkilərə müdaxilə etmək istəyən Rusiya "trol ferması" ilə potensial əlaqələri olan 100-dən çox hesabı bağladığını bildirib.

Sosial media nəhəngi çərşənbə günü açıqladığı bəyanatda Facebook və Instagram hesablarını səsvermədən öncə bağladığını bildirib. Facebook bu addımın hüquq-mühafizə orqanlarının xəbərdarlığından sonra atıldığını bildirib.

Bağlanmış hesablar arasında əksəriyyəti fransız və rus dillərində olan, 85 İnstaqram hesabı və 30 Facebook səhifəsi olub.

Facebook-un kiber təhlükəsizlik üzrə rəhbəri Nataniel Qleyçer açıqladığı bəyanatda həmin hesabların bazar ertəsi axşam “xidmət tərəfindən qadağan edilmiş, koordinasiyalı qeyri-qanuni davranışlarla məşğul olduğu aşkar edildikdən sonra bağlanıldığını" bildirib. Bu bağlanmış hesablar arasında əksəriyyəti fransız və rus dillərində olan, 85 İnstaqram hesabı və 30 Facebook səhifəsi olub. İnstaqram hesablarının əksəriyyəti ingilis dilində olub.

Araşdırmaçılar hesabların Sankt-Peterburqda yerləşən Rusiya İnternet Araşdırma Agentliyi kimi tanınan qrupla əlaqəli ola bildiyini söyləyiblər. Fevral ayında federal məhkəmə qrupu 2016-cı il ABŞ prezident seçkilərinə müdaxilədə ittiham edib.

Qleyçer bu son inkişafları "pis aktyorların əməllərindən əl çəkməyəcəyi ilə bağlı vaxtında xatırlatma" olduğunu və "bu səbəbdən ABŞ hökuməti və digər texnologiya şirkətləri ilə birgə işləməyin çox vacib olduğunu” bildirib.

Rusiyanın trol fabrikası kimi tanınan İnternet Araşdırma Agentliyinin baş qərargahı. Sankt-Peterburq.
Rusiyanın trol fabrikası kimi tanınan İnternet Araşdırma Agentliyinin baş qərargahı. Sankt-Peterburq.

Qleyçerin bəyənatından əvvəl İnternet Araşdırmalar Agentliyi verdiyi açıqlamada hesablara görə məsuliyyəti öz üzərinə götürüb. Lakin bu açıqlama təsdiq edilməyib.

Agentliyin bəyanatında bildirilir: “Amerika Birləşmiş Ştatlarının vətəndaşları! Sizin təhlükəsizlik agentliyiniz gücsüzdür. Bütün səylərə baxmayaraq, bizim Facebook, Twitter,Reddit-də qeydiyyatdan keçmiş və siyasi təbliğat yayan 1000-ə yaxın hesabımız var.”, yazır. Bəyanatın mətni böyük hərflərlə yazılıb.

Buraya həm də təşkilatla əlaqədar olan bütün hesabların siyahısı da əlavə olunub.

Facebook aprel ayında İnternet Araşdırmalar Agentliyi ilə əlaqəli olan 270 hesabı bağlayıb. Sosial şəbəkə bundan öncə siyasi məzmunlu paylaşımlar edən, İranla əlaqəli 82 hesaba qadağa qoyub.

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG