Accessibility links

San Fransiskonun yaxınlığında yerləşən Silikon Vadisində yaşayış binalarının çatışmazlığı elə həddə çatıb ki, Facebook bu problemin həlli istiqamətində müvafiq addımlar atmaq niyyətini bildirib. Tarixində ilk dəfə bu istiqamətdə layihə həyata keçirəcək şirkət öz qərargahının yaxınlığında 1,500 mənzil inşa etmək fikrindədir.

Facebook, Google və digər texnologiya nəhənglərinin sürətli inkişafı Amerikanın və dünyanın müxtəlif nöqtələrindən çoxlu sayda mütəxəssislərin San Fransisko ətrafında yerləşən ərazilərə köçməsinə təkan verib. Nəticədə isə on minlərlə yeni sakini qəbul etməyə hazır olmayan şəhərdə mənzin qıtlığı yaranıb. Bu qıtlığın nəticəsində mənzillərin və nəqliyyatın qiyməti kəskin artıb.

Yerli texnologiya şirkətləri bu çətinliklərlə bağlı yaranmış tələblərə cavab vermək üçün müxtəlif təşəbbüslər irəli sürürlər. Məsələn, buradakı şirkətlər ofislərindən uzaqda əlverişli qiymətə mənzil tapmış əməkdaşları üçün İnternetlə təchiz edilmiş avtobuslar ayırıblar. Facebook isə uzaqda yaşayan əməkdaşlarının şirkətin ofisinə daha yaxın yerə köçmələri üçün 10,000 dollar maliyyə dəstəyi təklif edir.

Texnologiya nəhənglərinin bütün səylərinə baxmayaraq, yerli sakinlərin mənzil çatışmazlığı və şəhərdəki bahalaşma ilə əlaqədarə bu şirkətlərə olan narazılıqları azalmayıb.

Facebook-un inşa planları Menlo Park şəhərini əhatə edəcək. 2011-ci ildən etibarən şirkətin qərargahının yerləşdiyi bu şəhər San Fransiskodan 72 km. cənubda yerləşir. Şirkətin inşa edəcəyi 1,500 mənzil yalnız əməkdaşlar üçün deyil, hər kəs üçün açıq olacaq. Təklif ediləcək mənzillərin 15 faizi bazar qiymətindan aşağı olacaq.

Facebook-dan bildiriblər ki, layihənin nəzərdən keçirilməsi iki il çəkəcək.

Wall Street Journal qəzetinin keçən ay verdiyi məlumata görə, Google-a sahib olan Alphabet şirkəti də oxşar addım atıb. Belə ki, şirkət qısamüddətli əməkdaşları üşün 300 mənzil əldə edib.

XS
SM
MD
LG