Accessibility links

Facebook 3 milyon postun səhifədən çıxarıldığını bəyan edib


Facebook 3 milyon postun səhifədən çıxarıldığını bəyan edib. Buraya videolar, reklamlar və yazılar daxildir. Bu ölçü 2017-ci ilin birinci yarısında müəllif hüquqlarının pozulması, saxtakarlıq və ticarət nişanlarına riayət etməmək kimi şikayətlərdən sonra götürülüb.

“Şəffaflıq hesabatı”nın bir hissəsi olaraq şirkət intellektual mülkiyyətlə bağlı ölçülərə əl atıb. Facebook-in baş vəkilinin müavini Kris Sonberdi deyib ki, intellektual mülkiyyətlə bağlı məlumatların paylaşılması bizim xidmətimizdən istifadə edən insanlar və bizneslərin açıq və aydın müdafiəsidir.

Şəffaflıq hesabatı

Facebook-un doqquzuncu şəffaflıq hesabatında deyilir ki, hökumətlərin istifadəçilər barədə məlumat tələbi 2016-ci ilin ikinci yarısından bəri 21 faiz artaraq, 64,279-dən 78,890-nə qalxıb.

İntellektual mülkiyyətlə bağlı mübahisələrə dair Facebook video və mahnıların, habelə ticarət nişanlarının qorunması üçün monitorinq alətlərindən istifadə edilməsinə çağırır.

Hüquqlarını müdafiə edənlər Facebook-a icazəsiz istifadələr barədə çıxaırlma tələbi ilə müraciət edə bilər.

Əyləncə və media sənayesi uzun müddətdir internet poliqonluq yükünün çoxunu daşıdıqları və online xidmətlərin pozulması ilə əlaqədar daha proaktiv olmaqla bağlı narahatlığını bildirir.

377,400 şikayət

Facebook Alphabet Inc kimi rəqibinin detallı məlumatlarından fərqli olaraq, bundan əvvəlki müddət və tələblərlə bağlı məlumat verməyib.

Məlumatların ümumi göstəricilərinə əsasən Facebook yanvar ayından iyun ayınadək 377,400 şikayət alıb. Onların 60 faizi müəllif hüquqlarının pozulması barədədir.

Tələblərin bəziləri Facebook-un rəsmi anketinə uyğun şəkildə göndərilmədiyi üçün pozulub.

Şirkət istifadəçilərin saxtalaşdırılmış 81, müəllif hüquqlarının pozulmasına görə 68, ticarət nişanlarına görə isə 47 faiz postu səhifədən çıxarıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG