Accessibility links

Facebook rəsmisi: “Facebook bağlanmayacaq, görüləcək çox iş var”


Facebook rəsmisi: “Facebook bağlanmayacaq, görüləcək çox iş var”
Facebook rəsmisi: “Facebook bağlanmayacaq, görüləcək çox iş var”

Lerri Yu saytın bağlanması barədə yayılan şayiələri təkzib etdi

Keçən həftə sonu dünya mətbuatında və sosial medialarda dolaşan başlıca xəbərlərdən biri Facebook saytının bu il martın 15-də bağlanması ilə bağlı idi. Facebook istifadəçilərinin ciddi narahatlığına səbəb olan bu şayiə-xəbərdə deyilirdi ki, saytın həmtəsisçisi Mark Zukerberq artıq belə həyatdan bezib və keçmiş həyatına qayıtmaq istədiyi üçün 6 il əvvəl yaratdığı qurumun fəaliyyətinə martın 15-də son qoymaq qərarına gəlib. Ancaq Facebook saytının İctimai Əlaqələr üzrə direktoru Lerri Yu Twitter səhifəsində belə bir post yerləşdirib: “Biz bağlanmaqla bağlı heç bir xəbərdarlıq almamışıq, görüləsi çox iş var. Biz indiyədək gördüyümüz işi davam etdirəcəyik”.

CNN də eyni rəsmidən email vasitəsinə təkzib xəbəri aldığını bildirib. Saytın yazdığına görə, Lerri Yu onlara ünvanladığı cavab məktubunda “Bu məlumat tamamilə yanlışdır. Xahiş edirik belə bir mənasız şayiənin qarşısının alınmasında bizə yardımçı olasınız” deyə bildirib.

Qeyd edək ki, hazırda 600 milyona yaxın istifadəçisi olan Facebook sosial şəbəkəsinin maliyyəsi təxminən 50 milyard dollardır.

XS
SM
MD
LG