Accessibility links

Facebook statuslarla bağlı qərar verməlidir


İctimaiyyətə sızmış məlumatlara görə, Facebook səhifəsində nələrlə bağlı status qoyulacağına qərar verməlidir.

The Guardian qəzetinin yazdığına görə, Facebook zorakı ifadələr olmaqla, bəzi postlara icazə verir. Məsələn "gəlin kök uşaqları döyək" kimi çağırışlara icaz verilirsə, "Trampı güllələyin" kimi statuslar qadağandır.

Qəzetə sızan məlumatların birində deyilir ki, bir çox istifadəçini təhdidlər, zorakılıqlara ciddi və qeyri-ciddi çağırışlar narahat edir.

Bildirilir ki, Facebook istifadəçilərini senzuraya məruz qoymamaq üçün özlərinə qəsd edən insanların videolarının paylaşılmasına imkan yaradır.

Şirkətin təmsilçisi əsas prioritetin istifadəçilərin təhlükəsizliyi olduğunu bildirib.

Facebook son zamanlar zorakılıqların təbliğatı ilə bağlı artmaqda olan təzyiqlər altındadır.

Təzyiqlər Klevlenddən bir Robert Qodvin adlı yaşlı bir kişinin vəhşicəsinə öldürülməsini nümayiş etdirən videonun sayta yerləşdirilib və bir neçə saat orada qalmasından sonra artıb.

Şirkət hazırda 3 min əlavə adamın işə götürülməsi ilə mübahisəli məlumatların postuna mane olmağa çalışır.

Facebook bundan əlavə alqoritmlərdən istifadə etməklə, etirazlara səbəb ola bilən postları müəyyən edir.

XS
SM
MD
LG