Accessibility links

Facebook "Safety Check" funksiyasına ianə etmək və ianə toplamaq imkanları əlavə edir


Facebook-dan verilən məlumata görə, şirkət ABŞ istifadəçilərinə "Safety Check" funksiyası ilə ianə toplamaq və ianə etmək imkanı yaradacaq. Nəticədə təbii fəlakətlərin və zorakı hücumlarların nəticələrini aradan qaldırmaq üçün insanların yardım əldə etməsi daha asan olacaq.

2014-cü ildə istifadəyə verilmiş "Safety Check" funksiyası Facebook istifadəçilərinə öz dostlarına təhlükəsizlikdə olduqlarını bildirmək imkanı verir. O zamandan bəri dünyanın müxtəlif yerlərində istifadə edilsə də, "Safety Check" funksiyası ABŞ-da ilk dəfə keçən il Orlando gecə klubunda 49 nəfərin ölümünə səbəb olan silahlı hücum zamanı istifadə edilmişdi.

Facebook-un rəsmi bloqunda qeyd edilib ki, "Safety Check" funskiyasında ianə toplamaq imkanı yaxın həftələrdə ABŞ-da istifadəyə veriləcək.

Dünya üzrə 1.94 milyard istifadəçisi olan sosial şəbəkə "Safety Check" düyməsini iki gün öncə Londonda baş verən yanğın zamanı da aktivləşdirmişdi.

XS
SM
MD
LG