Accessibility links

Facebook Trampın hesabını ən azı iki il müddətinə blok edib


Sabiq ABŞ Prezidenti Donald Tramp

Facebook cümə günü Donald Trampın hesabını ən azı iki il müddətinə ləğv edəcəyini bildirib və bununla da onun yanvarın 6-da Kapitoliyə hücumu təşviq etdiyini müəyyən etməsindən sonra sabiq ABŞ prezidentinə tətbiq etdiyi qadağanı davam etdirib.

“Bu müddətin sonunda biz ictimai təhlükəsizliyə təhlükənin aradan qaldırılıb-qaldırılmadığını müəyyən etmək üçün ekspertlərə müraciət edəcəyik,” Facebook-un vitse-prezidenti Nik Kleqq cümə günü bloq yazısında bildirib.

Sosial media nəhənginin müstəqil nəzarət şurası Trampa qadağasını davam etdirib. Bu qadağa Kapitolidə iğtişaşdan sonra tətbiq olunub, çünki şirkət onun paylaşımlarının zorakılığı təşviq etdiyini bildirib.

Tramp yanvarın 6-da Vaşinqtonda “Amerikanı Xilas Edək Yürüşü”nə gələn minlərlə tərəfdarını məğlubiyyətini ləğv etmək üçün “cəhənnəm kimi mübarizə aparmağa” çağırıb. Bu, Co Baydenin qələbəsinin sertifikatlaşdırılmasının qarşısını almaq üçün baş verən iğtişaşdan bir az öncə baş verib. Hadisə nəticəsində federal polis zabiti daxil olmaqla beş nəfər həyatını itirib,

Qadağa 2023-cü ilin yanvarın 7-də, Facebook-un sabiq prezidenti blok etməsindən iki il sonra başa çatır.

Facebook-un bu qərarı ilə Trampın 2022-ci ilin noyabr ayında Konqresdə keçiriləcək ara seçkilərə təsir etmək imkanını azaldacaq, lakin onun hesabı 2024-cü il seçkisindən öncə bərpa oluna bilər ki, Tramp həmin il yenidən prezidenliyə namizədliyini irəli sürə bilər.

Tramp Facebook-un qərarına cavab olaraq yaydığı bəyanatda bildirib ki, bu “rekord 75 milyon insana və 2020-ci ildə Oğurlanmış Prezident Seçkisində bizə səs verən çox sayda başqa insana qarşı təhqirdir. Onların bu senzuraya və susdurulmaya görə cəzasız qalmalarına imkan verilməməlidir, və sonunda biz qalib gələcəyik.”

Tramp ayrı bir bəyanatda əlavə edib ki, “Mən növbəti dəfə Ağ Evdə olanda Mark Zukerberqin istəyi ilə onunla və həyat yoldaşı ilə şam yeməkləri olmayacaq. Hər şey biznes olacaq!” Zukerberq Facebook-un təsisçisi və baş icraçı direktorudur.

Ağ Evin mətbuat katibi Cen Psaki cümə günü keçirilən brifinqdə qadağanın şirkətin qərarı olduğunu söyləyib.

“Lakin bizim düşüncəmiz odur ki, hər bir platforma, Facebook, Twitter və ya milyonlarla amerikalıya məlumat çatdıran hər hansı başqa bir platformanın seçki və ya həyya vaksinlə daxil olmaqla hər hansı dezinformasiyaya qarşı mübarizə aparmaq öhdəliyi var, cünki biz Amerika ictimaiyyətinin təhlükəsizliyini qorumağa çalışırıq.”

Şərhlərə bax

XS
SM
MD
LG