Accessibility links

Facebook-un “doğum günü ianəsi” funksiyası xeyriyyə təşəbbüslərinin əsas alətinə çevrilir


Facebook-un “doğum günü ianəsi” funksiyası xeyriyyə təşəbbüslərinin əsas alətinə çevrilir
please wait

No media source currently available

0:00 0:02:26 0:00

Facebook hər zaman dostlarınıza doğum günü diləkləri göndərməyin rahat yollarından biri olub. Lakin bir çox istifadəçilər bu populyar sosial şəbəkənin təqdim etdiyi yeni xidmətindən istifadə edərək, doğum günü hədiyyələrini istədikləri təşəbbüslərə ianələrə çevirə bilir. Bu isə xeyriyyə təşkilatları üçün böyük uğura çevrilib. İstifadəyə veriləndən bir il sonra Facebook-un ianə xidməti sayəsində dünya boyu müxtəlif xeyriyyə təşkilatları üçün 300 milyon dollardan çox pul toplanıb.

Bunun həyəcanverici yanı odur ki, bu xidmətin 1 ildir aktiv olmasına baxmayaraq, qeyri-kommersiya təşkilatları üçün 300 milyon dollardan çox pul toplanıb
Röya Uinner

Stan Censen könüllü olaraq işləməyi sevir. O, Kaliforniyanın şimalında Dəniz Məməliləri Mərkəzində (Marine Mammal Center) xəsarət alan dəniz şirlərinə yardım edir. O bu işi o qədər çox sevir ki, 65-ci doğum günündə 1400 Facebook dostuna üz tutaraq mərkəz üçün ianə istəyib.

“Mən doğum günümdə təkcə gözəl diləklər almalı deyil, faydalı iş görməliyəm. Ona görə də, 500 dollarlıq ianə kampniyası başlatdım. 1-2 gün ərzində bu pul toplandı. Sonda isə ümumilikdə 2300 dollar toplanmışdı”, o deyib.

Censen Facebookun nisbətən yeni xüsusiyyətindən istifadə edib. Bu xidmət Facebook istifadəçilərinin doğum günü olan şəxsin istədiyi təşəbbüsə ianə vermələrini asalanlaşdırır. Censen donorlara ianələrin böyük dəyişikliyə səbəb olduğunu söyləyib.

“Mən onlara dedim ki, “siz bu pulla tonlarla balıqların alınmasına səbəb oldunuz. Sizin ianəniz sayəsində biz bir neçə gün ərzində mərkəzdəki bütün heyvanları yemlə təmin edə biləcəyik”, Censen bildirib.

Facebook
Facebook

Bu yaxınlarda Facebook bəzi xidmətlərinin nifrət yaymaq və ya xarici seçkilərə təsir göstərmək üçün istifadə olundğuna görə tənqidlərlə üzləşib. Lakin Facebook-un sözçüsü Röya Uinner deyir ki, yeni doğum günü ianə xidməti sosial medianın yaxşı məqsədlər üçün istifadə oluna bilindiyini göstərir.

“Bunun həyəcanverici yanı odur ki, bu xidmətin 1 ildir aktiv olmasına baxmayaraq, qeyri-kommersiya təşkilatları üçün 300 milyon dollardan çox pul toplanıb”, o söyləyib.

Bu ianələr böyük təsirə də malikdir.

Biz çox sayda qeyri-kommersiya təşkilatından eşitmişik ki, bu xidmət onların ianə toplamaq yollarını dəyişib. Daha öncə isə onlar böyük qalalar keçirməli olurdu, nəhəg ianə kampaniyaları və ya ya məktub yazmaq kampaniyaları aparırdı
Röya Uinner

“Biz çox sayda qeyri-kommersiya təşkilatından eşitmişik ki, bu xidmət onların ianə toplamaq yollarını dəyişib. Daha öncə isə onlar böyük qalalar keçirməli olurdu, nəhəg ianə kampaniyaları və ya ya məktub yazmaq kampaniyaları aparırdı”, Uinner deyib.

Behnuş Babzani bu yaxınlarda 35 yaşını qeyd edib. O, doğum günündən istifadə edərək dostlarını onun üçün çöx böyük önəm daşıyan təşəbbüsə, yəni sümük iliyi transpalantasiyasına ehtiyacı olan insalara yardım edən təşkilata ianə verməyə çağırıb. Onun özünə də qardaşından sümük iliyi nəqli olunub.

“Problem mənim bədənimin xərçəng hüceyrələri istehsal etməsində deyildi, problem bədənimin heç bir hüceyrə isthesal etməməsində idi. Mənim məni qoruyan immun sistemim yox idi”, Babzani söyləyib.

Bu səbəbdən də o, Facebook dostlarından ianə vermələrini istəyib. Onun məqsədi 350 dollar idi.

Bir neçə gün ərzində Babzani 1700 dollardan çox pul toplaya bilib. O deyir ki, doğum günü üçün bundan yaxşı hədiyyə ala bilməzdi.

XS
SM
MD
LG