Accessibility links

Facebook və Twitter ara seçkisi öncəsi müdafiəni artırırlar


Facebook və Twitter ara seçkisi öncəsi müdafiəni artırırlar
please wait

No media source currently available

0:00 0:02:17 0:00

Facebook və Twitter ara seçkisi öncəsi müdafiəni artırırlar

Facebook və Twitter idarəçiləri ABŞ-ın ara seçkilərində Rusiyanın müdaxiləsinin qarşısını almaq üçün çərşənbə günü konqresmenlər qarşısında səylərini müdafiə edib.

Sosial media şirkətlərinin millət vəkilləri üçün təhlükəsizliyin təmin edilməsi səyləri internet tədqiqatçılarının rəsmi Moskvanın ABŞ ictimai-siyasi mühakimələrinə təsir göstərməsinə yönəlmiş aktual sosial media hesablarına malik olduğu xəbərdarlığı ilə gəlib.

Sosial media 2016-cı il prezident seçkilərində büdrədi. Facebook və Tviterin kongresdə çıxış edən rəhbərləri Rusiyanın aldığı siyasi reklam və yanlış məlumat yayan saxta hesabların köklü şəkildə çıxarıldığını bildirdilər.

"Facebook"un əməliyyat üzrə direktoru Şeril Sandberq deyir ki, onlar qeyri-qanuni davranışlarla əlaqəli yüzlərlə səhifəni və hesabları siliblər.

Lakin qanunvericilər yeni eranın başlayacağını bildirir..

Demokrat senator Mark Varner deyir ki, onlar yeni nəsil istismarının astanasındadırlar.

Sosial media rəhbərlərinin məcburi ABŞ-ın ara seçki anlayışı kimi yeni sualları qəbul etməsi lazımdır.

Tvitter şirkətinin icraçı direktoru Cek Dorsi: "Tvitter insanları nəyə və nə səbəblə nəyisə etməyə və etməməyə təşviq edir? Cavablar Tviter-də tektonik dəyişikliklərə və eləcə də fəaliyyətimizdə dəyişiklərə səbəb olacaq.”

Cek Dorsi Tviterin Rusiya ilə fəaliyyətdə əlaqəli ola biləcək və İranda yerləşən hesablarla birgə 3800 hesabı bağladığını deyib. O deyir ki, əlbəttə ki, onların sistemlərdən istifadə etdiklərini və məlumatları artıqmaq üçün sistemlərinə dəyişikliklər etdirdiklərini ortaya çixartmaq üçün sübutları var.

Google bu dinləmələrdə iştrak etmədiyi üçün tənqid olunub. Bu, millət vəkillərinin ictimai media şirkətlərini məsuliyyətə cəlb etməsi üçün çoxsaylı cəhdinin sonuncusu idi.

Cek Dorsi bildirir ki, onlar sadəcə kifayət qədər ölçü götürməyiblər - gördükləri, yazılan tvitlərlə bağlı, adamların qaldılqarı təsirlərlə bağlı aralarında kifayət qədər kommunikasiya olmayıb.

Lakin sosial medianın seçki kompaniyası problemləri xarici müdaxilə ilə sona çatmır. Tramp və bəzi Respublikaçı konqresmenlər platformaların onların görünüşünü məhdudlaşdırdığını iddia edirlər.

Nümayəndələr palatasının enerji və ticarət komitəsindən Qreq Valden soruşub ki, Nümayəndələr Palatası üzvlərinin də daxil olduğu məşhur konservativlərin hesablarının axtarış alqoritmləri nəyi nəzərə alırdılar?

Kölgələrin bağlanması adlanan praktika 6 yüz mindən çox hesabın bağlanmasına səbəb oldu və bu, sistemdə qeyri-ixtiyarı siqnallar səbəbilə olub.

Cek Dorsi bildirib ki, onlar bunu düzəltmək qərarına gəliblər, həmçinin siqnaldan ümumilikdə filtr kimi istifadə edilməsinin düzgün olmadığını qərara alıblar.

Sosial media hələ də ABŞ-ın mühüm seçkilərindən öncə istifadəçilərin etibarını qazanmağa çalışır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukraynaya edilən dron hücumunda ölənlər var
please wait

No media source currently available

0:00 0:10:09 0:00
XS
SM
MD
LG