Accessibility links

Facebook və Twitter Rusiyanın "troll fabriki" ilə əlaqəli saxta hesabları silib


Sosial media nəhəngləri Facebook və Twitter bildirirlər ki, Rusiyaya məxsus Qana, eləcə də Nigeriyadan idarə olunan və ABŞ-dakı istifadəçiləri hədəf alan saxta profilləri silib.

Facebook martın 12-də bildirb ki,silinən profillər Rusiyadakı şəxslər tərəfindən idarə olunaraq tarixi saxtalaşdırmaq, məşhur insanlar haqqında şayiələr yaymaq və moda ilə əlaqəli mövzularla bağlı auditoriya yaratmağın ilkin mərhələsində imiş.

Şirkət bildirir ki, araşdırma nəticəsində bəlli olub ki, Qanadakı EBLA adlı qeyri- hökümət təşkilatı "troll fabriki" adı ilə tanınan Rusiyanın İnternet Araşdırma Agentliyi (IRA) ilə əlaqəli olub.

Qeyd edək ki, IRA-nın adı ABŞ-ın Xüsusi Müşaviri Robert Müllerin 2016-cı il ABŞ prezident seçkilərinə müdaxilə ilə bağlı araşdırmasında dəfələrlə çəkilib.

Twitter isə bildirib ki, silinən profillər irqi və vətəndaş hüquqları kimi sosial mövzularda nifaq yaratmaq kimi fəaliyyətlər törədsə də, profillərin hər hansı bir namizəd və ya ideologiyanı dəstəklədiyi görünməyib.

Şirkətlər ümumilikdə 49 Facebook profili, 69 Facebook səhifəsi, 85 Instagram və 71 Twitter profilini silib.

Sosial media şirkətləri öz platformalarında xarici və daxili saxta məlumatlar yayılması ilə əlaqədər təziqlər altındadır. Xüsusilə ABŞ kəşfiyyat rəsmiləri Rusiyanın Donald Trampın seçilməsinə yönəlmiş təsir əməliyyatı üçün sosial media platformalarından istifadə etdiyini söylədiyi üçün bu təzyiqlər artıb. Moskva isə bu iddiaları rədd edir.

XS
SM
MD
LG