Accessibility links

Facebook Venesuela prezidentinin səhifəsini COVID haqqında dezinformasiyaya görə dondurur


Venesuelada Karakasda qurulan səhra xəstəxanasında COVID-19 xəstəsinə oksigen verilir, 21 mart, 2021.
Venesuelada Karakasda qurulan səhra xəstəxanasında COVID-19 xəstəsinə oksigen verilir, 21 mart, 2021.

Facebook Venesuela prezidenti Nikolas Maduronun səhifəsini COVID-19 pandemiyası haqqında yanlış məlumatlar olduğuna görə dondurub. Bu barədə sosial media şirkətinin nümayəndəsi bildirib.

Facebook şirkətinin sözçüsü Reuters xəbər agentliyinə bildirib ki, Maduro heç bir tibbi sübut olmadan otdan hazırlanmış Carvativir içkisini təbliğ edən video yerləşdirməklə sosial şəbəkənin siyasətini pozub. Maduro içkini heç bir yan təsiri olmadan koronavirusu zərərsizləşdirə bilən “möcüzə” dərman adlandırıb.

“Biz ÜST-nin (Ümumdünya Səhiyyə Təşkilatı) hazırda virusu müalicə edən dərmanın olmadığı deyilən təlimatlarına əməl edirik” - deyə, Facebook şirkətinin sözçüsü Reuters xəbər agentliyinə bildirib.

Şirkət Maduronun Facebook səhifəsindən istifadənin məhdudlaşdırılması haqda tədbir gördüyünü deyib. “Qaydalarımız dəfələrlə pozulduğu üçün biz səhifəni 30 gün müddətində bloklayırıq” – deyə, şirkət nümayəndəsi bildirib və bu müddət ərzində səhifənin yalnız oxumaq üçün istifadə edilə biləcəyini əlavə edib.

Braziliyanın Porto Aleqre şəhərindəki xəstəxananın təcili yardım şöbəsində koronavirus xəstələri müalicə olunur, 11 mart, 2021.
Braziliyanın Porto Aleqre şəhərindəki xəstəxananın təcili yardım şöbəsində koronavirus xəstələri müalicə olunur, 11 mart, 2021.

Cənubi Amerikada digər ölkələrə gəldikdə, Cons Hopkins Koronavirus Resurs Mərkəzinin məlumataına görə Braziliyada COVID-19 nəticəsində gündəlik 2400 ölüm halı qeyd edilir. Bu, bir gün ərzində qlobal səviyyədə ölüm hallarının dörddə birini təşkil edir.

Altı mütəxəssis Associated Press agentliyinə Braziliyanın gündə 4000 ölüm halının olduğu vəziyyətə yaxınlaşdığını bildirib. Bu, əhalisi üçdə bir dəfə çox olan Amerika Birləşmiş Ştatlarında ən pis göstəricilərlə müqayisə edilir. Cons Hopkins Koronavirus Resurs Mərkəzinin verdiyi məlumata görə, yanvarın 12-də ABŞ-da 4477 ölüm halı qeydə alınmışdı.

Latın Amerikasında ən böyük xəstəxana kompleksi olan San Paulo klinikasının rəhbəri, doktor Xose Antonio Kuriati Associated Press agentliyinə “gündə dörd min ölüm halı həddinin o qədər də uzaq olmadığını” deyib.

Prezident Jair Bolsonaro ölkədə fəaliyyətlərin məhdudlaşdırılmasına ehtiyac olduğuna əmin olmayaraq qalır. Ekspertlər hazırkı məqamda bunun artıq gec ola biləcəyini deyir.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG