Accessibility links

Facebook yeniyetmələri hədəf alan reklamları məhdudlaşdıracaq


Facebook reklamverənlərin maraqlarını və digər saytlardakı fəaliyyətlərini nəzərə alaraq 18 və daha azyaşlı kütləni hədəf almasına icazə verməyəcəyini bildirib.

Yeni siyasət İnstaqram və Facebook Messenger-ə yalnız yaş, cinsiyyət və yeri nəzərə alınmaqla gənclərin hədəf alınmasına imkan verir.

Facebook yeni siyasətinin bir neçə həftədən sonra başlayacağını açıqladıqdan sonra yaş məhdudiyyətinin ölkələrə görə dəyişəcəyini bildirib.

"Biz onsuz da insanlara maraqlarına və ya digər veb saytlardakı və applikasiyalardakı fəaliyyətlərinə görə reklamları görməmələrini, reklam parametrlərimizdəki nəzarət vasitəsilə görmək istəməmələrini demək üçün yollar göstəririk. Ancaq yetiyetmələrin vəkillərindən eşitdik ki, onlar bu qərarları verməyə hazır olmaya bilərlər. Onlarla razıyıq, bu səbəbdən reklamçıların reklamlarla yeniyetmələrə necə çatması mövzusunda daha ehtiyatlı bir yanaşma tətbiq edirik" - deyə, Facebook yeni siyasətini elan etdiyi bəyanatında qeyd edib.

Yeni siyasət yeniyetmələri hədəf almağın potensial təhlükə yaratdığını bildirən hüquq-müdafiə qrupları üçün bir qələbə hesab edilə bilər. Ancaq Facebook uşaqlar üçün Instagram yaratma planını davam etdirdiyini deyib.

40 ştatın baş prokurorları Facebook-dan bu fikirdən imtina etmələrini istəyib.

Facebook bu fikrin valideynlərə övladlarının fəaliyyətinə daha çox nəzarət etməsinə yardım edəcəyini bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG