Accessibility links

Facebook fəalı həbsdə saxlanıb


Əbdül Əbilov
Əbdül Əbilov

Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib

Noyabrın 29-da Bakı Apellyasiya Məhkəməsi Nərimanov rayon məhkəməsinin sosial şəbəkə fəalı, qanunsuz narkotik ticarətində ittiham olunan Əbdül Əbilovun 3 ay müddətinə həbsi haqqında qərarını qüvvədə saxlayıb.

Vəkil Elçin Sadıqov Amerikanın Səsinə bildirib ki, blogerin həbsi qanunsuzdur, o, Apellyasiya Məhkəməsindən qərarın ləğvini tələb edib.

Əbilov özü bildirib ki, cinayət işi qondarmadır və o, “facebook”dakı yazılarına görə təqib olunur. Narkotiki onun cibinə polislər özləri qoyublar. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (MCMBİ) ona psixoloji və fiziki təzyiq göstərilib. Beləliklə, o, etirafedici ifadələr verməyə məcbur edilib.

Lakin hakim Həsən Əhmədov bütün bunlara məhəl qoymayıb və onu həbsdə saxlayıb.
Xatırladaq ki, Əbilov həbsindən əvvəl facebook-da “Yaltaqları dur deyək” adlı səhifə yaradıb. O saxlanıldıqdan sonra səhifə bağlanıb. Bundan başqa, vəkil Sadıqovun sözlərinə görə, Əbilov həmçinin “Seçki saxtakarlıqları” adlı qrupun yaradıcısıdır.

(https://www.facebook.com/pages/SE%C3%87K%C4%B0-Saxtakarliqlari/233690103455594?fref=ts).

Təqsiri sübuta yetirilərsə, Əbilov 12 ilədək azadlıqdan məhrum edilə bilər.
XS
SM
MD
LG