Accessibility links

Nəsrəddin Mürsəlli: Oğlum “like” məhbusudur [Audio-müsahibə]


facebook-like-logo
facebook-like-logo

Həbsdə olan Facebook fəalının atası bildirib ki, Elsevər Mürsəlli Cəmil Həsənlini like edib. Bundan iki gün sonra narkotik ittihamı ilə həbs edilib

Oğlumun 18 yaşı var, onun narkotiklə əlaqəsi mümkün deyil. Elsəvər nə siqaret çəkmir, nə də alkoqollu içki qəbul etmir. Bu barədə aprelin 23-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə həbsə məhkum edilən Xaçmaz rayonunun (Bakıdan 168 kilometr şimal) Əhmədoba kənd sakini gənc facebook fəalı Elsevər Mürsəllinin atası Nəsrədddin Mürsəlli Amerikanın Səsinə müsahibəsində bildirib.
Nəsrəddin Mürsəlli: Oğlum “like” məhbusudu
please wait

No media source currently available

0:00 0:07:00 0:00

Onun sözlərinə görə, Elsevər ailənin nəzarətindədir və işləyərkən də, dərslərini oxuyarkən də ailə ilə birgə olur. “İkinci isə sübut da yoxdur ki, bu uşaq narkotiki haradan əldə edib, kimdən alıb”.

Elsevər Mürsəlli ötən il oktyabrın 3-də Daxili İşlər Nazirliyinin Baş Narkotiklə Mübarizə İdarəsi tərəfindən həbs olunaraq Bakıya gətirilib. O Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik saxlama, daşıma, satma) maddəsi ilə ittiham edilir.

Ata oğlunun ötən il keçirilən prezident seçkilərində sosial şəbəkələrdə müxalif namizəd Cəmil Həsənlini dəstəklədiyinə görə həbs edildiyini bildirib. “O mənə demişdi ki, prezidentliyə ən şanslı namizəd Cəmil Həsənlidir. O Həsənli ilə yazışmışdı və 18 yaşına çatmış gənc seçici kimi ilk səsini ona verəcəyini bildirmişdi. Cəmil Həsənlinin mitinqlərini də öz səhifəsində yayıb və onun şəkillərini “like” (bəyənib-red) edirdi. Oğlumun həbsinin əsl səbəbi budur”, o qeyd edib.

Nəsrəddin Mürsəlli deyib ki, oğlu bu söhbəti ona etdikdən iki gün sonra kəndlərinin girəcəyində onun avtomobilini saxladıb oğlunu Xaçmaz Polis Şöbəsinə aparıblar. “Biz alma bağından işdən gəlirdik. Polis əməkdaşları dedi ki, Elsevərdən şikayət var. Onu polis şöbəsinə aparmalıyıq”.

Elsevər Mürsəlliyə Cəmil Həsənlinin təbliğatı ilə məşğul olduğuna görə ittiham irəli sürə bilməzdilər. Çünki burada cinayət yoxdur. “Bu səbəbdən də narkotik ittihamı irəli sürüblər”, ata bildirib.

Nəsrəddin Mürsəlli oğlunun qanunsuz həbsi ilə başı ölkə prezidentinə, baş prokurora, daxili işlər nazirinə, ombudsmana şikayət edib və ədalətin bərpa olunacağını gözləyib. Bu səbəbdən də o oğlu tutulan zaman ictimailəşdirməyib. “Baş Prokurorluq mənə cavabında yazıb ki, Elsevər mənbəyi məlum olmayan şikayət əsasında tutulub. Necə oldu ki, Elsevərin harada olduğunu tez məlum etdilər, ancaq məlum olmayan mənbəni tapa bilmirlər. Oğlumu satış məqsədi ilə narkotik ittihamında günahlandırırlar. Axı bu kimdən alıb, narkotiki kimə satıb. Bunlar kimlərdir. Bu niyə tapılmır. Necə olur ki, Xaçmaz polisində məlumat olmur, amma Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində məlumat olur. Oğlum tutularkən şahid yox idi. Amma Bakıdan özləri ilə iki şahid gətiriblər. Şahidlər Xaçmazın Əhmədoba kəndini tanımır və kəndimizdə olmayıb. Protokolda yazıblar ki, Elsevər oktyabrın 2-də narkotiki Xaçmazda avtovağzal ərazisindən tapıb. Necə oldu ki, bu tapan kimi Bakıda bildilər və gəlib oktyabrın 3-də də oğlumu həbs etdilər ”, o bildirib.

Ata məhkəmənin hökmündən apellyasiya şikayəti verəcəyini bildirib.
XS
SM
MD
LG