Accessibility links

Faciəvi qəza nəticəsində həlak olan futbolçu Emiliano Sala torpağa tapşırılır


Argentinalı futbolçu Emiliano Salanın cənazə mərasimi onun dogma şəhəri Proqresoda baş tutacaq.

Hücumçunun cəsədi Birləşmiş Krallıqdan Cənubi Amerikaya cümə günü göndərilib.

28 yaşında olan Sala 21 yanvar tarixində Fransadan - sabiq klubunun yerləşdiyi Nant şəhərindən Uelsə, Cardiff City klubuna qoşulmaq üçün yola düşmüşdü. Həmin gün göyərtəsində olduğu tək mühərrikli Piper Malibu təyyarəsi La-Manşda yoxa çıxıb.

Dünyanın hər bir tərəfindən olan futbol həvəskarları 28 yaşlı argentinalı hücumçunun itkin düşməsindən sonra möcüzəyə ümid edirdilər. Lakin möcüzə baş vermədi.

Təyyarənin qalıqları 3 fevral tarixində tapılır və 3 gün sonra özəl maliyyə dəstəyilə futbolçunun cəsədinin axtarışı bərpa edilir.

Cardiff City klubunun baş məşqçisi Nil Uornok və rəhbəri Ken Ço cənazə mərasiminə qoşulanlar arasındadırlar.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG