Accessibility links

ABŞ-ın Mərkəzi Bankı faiz dərəcələrini artıracaqmı? [Video]


ABŞ-ın Mərkəzi Bankı faiz dərəcələrini artıracaqmı?
please wait

No media source currently available

0:00 0:01:58 0:00

ABŞ-ın Mərkəzi Bankı faiz dərəcələrini artıracaqmı?

ABŞ-ın Mərkəzi Bankı maliyyə bazarlarında canlanma yarada biləcək faiz dərəcələrinin mümkün artımına hazırlaşır. Bu, çox yaxın zamanda baş verə bilər. Qısa müddətli kreditlər üçün banklara tətbiq edilən faiz dərəcələri maliyyə böhranı başa çatdıqdan bəri ən aşağı səviyyədədir. Amma ABŞ iqitsadiyyatı dirçəliş əlamətləri göstərdiyi bir vaxt faiz dərəcələrinin dekabr ayından sonra ilk dəfə olaraq artırılması ehitmalı da yüksəlir.

Fed-in faiz dərəclərini tədricən və ehtiyatla artırması ehtimal olunur. Önümüzdəki aylar ərzində isə belə bir addım məqsədəuyğun ola bilər.
Canet Yellen

Daha çox amerikalı işləyir və ya iş axtarışında olduğu bir vaxt, korporasiyaların isə gəlirlərinin artdığı dövrdə Mərkəzi bankın faiz dərcələrini artırması mümkündürmü?

Vaşiqntonda Peterson İnstitutunda çıxış edən Mərkəzi Bankın nümayəndəsi Cerom Pauel deyir ki, bunun baş verəcəyinə dair əlamətlərin olduğu açıq-aydınır.

“Əgər daxil olan məlumat bu gözləntiləri dəstəkləməyə davam etsə, federal faiz dərəcələrinin tədricən artırılmasının düzgün olacağını düşünürəm. Daxil olan məlumat və üzə çıxan risklərdən asılı olaraq, faiz dərəcələrindəki növbəti artım çox yaxın bir zamanda baş verə bilər.”

Ötən həftə Dallas Fed-in prezidenti Robert Kaplan deyib ki, o, 2016-cı ildə faiz dərəclərində azı iki dəfə artımın qeyd olunacağını gözləyir. Cümə günü isə Federal Ehtiyatlar Bürosunun sədri Canet Yellen qurumun iqtisadi göstəriciləri yaxından izlədiyini deyib və ABŞ iqtisadiyyatının canlanmasına olan inamını ifadə edib.

“Fed-in faiz dərəclərini tədricən və ehtiyatla artırması ehtimal olunur. Önümüzdəki aylar ərzində isə belə bir addım məqsədəuyğun ola bilər.”

Faiz dərəcələri sonuncu dəfə altı ay öncə artırılıb. O zamandan bəri bütün dünyada iqtisadi yavaşlama və maliyyə bazarlarında artan dəyişkənlik ABŞ-ın monetar siyasətində “normallaşdırılma” və “gücləndirilmə” məqsədilə atılacaq addımların ləngiməsinə səbəb olub.

Bankrate.com-un baş təhlilçisi Qreq MakBraydın dediyinə görə, Federal Ehtiyatlar Bürosunun bəhanələri və vaxtı artıq tükənir.

Əgər daxil olan məlumat bu gözləntiləri dəstəkləməyə davam etsə, federal faiz dərəcələrinin tədricən artırılmasının düzgün olacağını düşünürəm. Daxil olan məlumat və üzə çıxan risklərdən asılı olaraq, faiz dərəcələrindəki növbəti artım çox yaxın bir zamanda baş verə bilər.
Cerom Pauel

“Əgər onlar iyun və iyuladək bir addım atmasalar, 2016-ci ildə iki dəfə faiz artımı müşahidə olunmayacaq.”

İqitsadçılar deyir ki, iqtisadiyyatda tənəzzülün müşahidə olunduğu zaman faiz dərəcələri mərkəzi bankların istifadə edə biləcəyi ən güclü vasitədir.

Hətta aşağı kredit faizlərindən faydalanan investorlar belə fikirlərini dəyişə bilər, deyə portfolio meneceri Bred Friedlander bildirir.

Fed-in nümayəndəsi Cerom Paul Mərkəzi Bankın rəsmilərinin faiz dərəcələrinin artırılacağına dair işarə verməyə səy göstərdikləri haqda iddiaları rədd edir. Məsələ ilə bağlı növbəti səsvermə iyun ayının 15-də keçiriləcək.

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG