Accessibility links

Fəallar suriyalıları nümayişlərə çağırır


Fəallar suriyalıları nümayişlərə çağırır
Fəallar suriyalıları nümayişlərə çağırır

Suriyalı fəallar vətəndaşları yüzlərlə həmvətənlərinin həbsinə etiraz əlaməti olaraq nümayişlərə çıxmağa səsləyiblər.

Suriya İnqilabı Facebook səhifəsi bütün ölkə boyu tutulanlar üçün “azadlıq” gününü qeyd etməyə çağırıb. Bu arada hüquq müdafiəçiləri ölkənin şimal-qərbində minlərlə adamın hökumətə qarşı nümayiş keçirdiyini bildirib.

Son məlumatlara görə çərşənbə günündən bəri hökumət qüvvələri ölkə boyu altı adam öldürmüş, 20 nəfəri həbs etmişlər.

Dəməşqdə Suriya təhlükəsizlik qüvvələri dəyənəklərdən istifadə edərək artist və intellektualların etiraz aksiyasını dağıtmış və 20 nəfəri saxlamışlar.

XS
SM
MD
LG