Accessibility links

Fəllucədə humanitar böhran


İraq ordusunun əsgərləri Fəllucədə İŞİD-in zorakılıqlarından qaçan insanlara yardım göstərir
İraq ordusunun əsgərləri Fəllucədə İŞİD-in zorakılıqlarından qaçan insanlara yardım göstərir

İraq qüvvələri İŞİD döyüşçülərini Fəllucə şəhərindən çıxarmaq üçün əməliyyatları davam etdirdiyi vaxt son üç gün ərzində 30 minə yaxın ac, yorğun və çarəsiz insan şəhəri tərk edib.

İsti hava şəraitinə baxmayaraq, şəhərdən qaçan insanların çoxu düşərgələr dolu olduğuna görə açıq havada gecələyir. Başqaları anbarlar və məscidlərlə sığınacaq tapır.

Şəhərdən qaçan insanların ümumi sayı 60 minə çatıb.

Norveç Qaçqın Şurası Fəllucədən qaçan insanlara içməli su paylayır
Norveç Qaçqın Şurası Fəllucədən qaçan insanlara içməli su paylayır

Minlərlə insanı ərzaq və su ilə təmin edən Norveç Qaçqın Şurası qaçqınların sayının artması və düşərgələrdə koordinasiyanın olmamasına görə yeni gələn ailələrə yardımın çatdırılması işinin çətinləşdiyini bildirib.

"Biz İraq hökumətini gözlərimizin qarşısında baş verən bu humanitar fəlakətlə məşğul olmaq işini öz üzərinə götürməyə çağırırıq"-deyə Norveç Qaçqın Şurasının ölkə üzrə koordinatoru Nasr Muflahi açıqladığı bəyanatda bildirib.

"Biz insanların harada olduğunu və nə istədiyini bilmədiyimiz halda onlara yardımın çatdırılması işini davam etdirə bilmirik"-deyə Muflahi əlavə edib.

İraq ordusu ABŞ hərbi hava qüvvələrinin dəstəyi ilə Fəllucədə İŞİD-ə qarşı döyüşlər aparır
İraq ordusu ABŞ hərbi hava qüvvələrinin dəstəyi ilə Fəllucədə İŞİD-ə qarşı döyüşlər aparır

İraqın Baş naziri Haydar Əl-Abadai İraq qüvvələrinin Fəllucənin nəzarətinin ələ keçirilməsi uğrunda gedən döyüşlərdə qələbə əldə etdiyini deyib.

İraq ordusunun əsgərləri iki ildən artıqdır Fəllucənin nəzarətini ələ almış İŞİD yaraqlılarını şəhərdən çıxarmaq uğrunda döyüşlərdə snayper güllələri və bombalarla qarşılaşır.

Bəzi yaraqlıların arvadları və uşaqlarını qaçqınlarla bərabər şəhərdən göndərdiyi haqda məlumatlar verilir.


Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG