Accessibility links

Fəllucanı tərk etməyə cəhd edən mülki əhali qətlə yetirilir


İraqda islamçı ekstremistlər Fəlluca şəhərini tərk etməyə cəhd edən mülki əhalini qətlə yetirir.

Norveçin Qaçqınlar Şurasının bildirdiyinə görə, ailələrdən alınan məlumatlarda insanların Fərat çayını keçməyə çalışdıqları bildirilir. Lakin 300 metr eni olan çayı keçərkən uşaqlar da daxil olmaqla bir neçə nəfər boğulub.

İraq qüvvələri artıq bir neçə həftədir şəhər uğrunda döyüşlər aparır.

Fəlluca 2014-cü ilin yanvar ayından bəri islamçı ekstremistlərin nəzarəti altındadır.

Şəhər 3 tərəfdən mühasirəyə alınıb. Yalnız Fərat çayının qərb sahilinə nəzarət edən yoxdur.

BMT-nin təxminlərinə görə, Fəllucada 50 mindən çox insan qalır.

Şəhərdən 3 minə yaxın ailə qaçmağa nail olub.

Fəlluca uğrunda döyüşlər qonşu Suriyada İslam Dövlətinin nəzarəti altında olan iki şəhərə hücumlarla eyni vaxta təsadüf edir.

Suriyanın hökumət qüvvələri Rəqqa, kürd döyüşçülər isə Manbic şəhərini İŞİD-dən geri almağa çalışır.

XS
SM
MD
LG