Accessibility links

Fransa Milli Assambleyada baş vermiş zorakılıq aktını pisləyir


Fransa bayrağı
Fransa bayrağı

Fransa Xarici İşlər Nazirliyi bəyanatla çıxış edib. Farnsa parlamentində iki azərbaycanlı fiziki zorakılığa məruz qalıb

Fevralın 26-da Fransa parlamentinin binasında iki azərbaycanlının döyülməsi ilə əlaqədar Fransa Xarici İşlər Nazirliyi bəyanatla çıxış edib.

Fransanın Bakıdakı səfirliyinin məlumatına göət sənədə deyilir:

“Biz fevralın 26-da Fransa Milli Assambleyasında baş vermiş zorakılıq aktı ilə bağlı təəssüfümüzü bildirir və hadisəni pisləyirik.
Fransa əmindir ki, Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli həlli yalnız dialoq yolu ilə mümkündür.

Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi Ermənistan və Azərbaycan arasında dialoq qurulması işində öhdəliklərini təsdiq edir”, deyə sənəddə bildirilir.
Xatırladaq ki, söhbət Sumqayıt hadisələrinə həsr olunmuş tədbirdə erməni diasporası nümayəndələrinin iki gənc fəala hücumundan gedir.

Azərbaycan nümayəndələri azərbaycanlıların Xocalı soyqırımı haqqında danışaraq, tədbir iştirakçılarını qurbanların xatirəsini yad etməyə çağırdıqdan sonra basqına məruz qalıblar.

İki azərbaycanlıya hücumda Fransa parlamentinin üzvü Fransua Roşenblom da iştirak edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG