Accessibility links

Urmiyədə Qarabağa dəstək aksiyasına görə saxlanılan iki fəal müvəqqəti azad edilib


İyulun 16-da İran Azərbaycanının Urmiyə şəhərində Qarabağa dəstək mitinqlərində saxlanılan iki milli fəal müvəqqəti olaraq sərbəst buraxılıb.

HRA xəbər agentliyinin yaydığı məlumata görə, iyulun 21-də milli fəallar Fərid Xorşidi və Salar Tahir Əfşar hər biri üçün təyin olunan 50 milyon tümənlik zəmanət qarşılığında müvəqqəti olaraq məhkəmə zamanına qədər sərbəst buraxılıblar. Bildirilib ki,, bu iki milli fəal üçün “İran İslam Respublikasına qarşı təbliğat aparmaq” və “milli təhlükəsizliyi pozmaq üçün ictimai asayişi pozmaq” kimi ittihamlar irəli sürülüb.

Salar Tahir Əfşar mitinq zamanı Urmiyə təhlükəsizlik qüvvələri tərəfindən çağırılıb, ancaq polis idarəsinin təhlükəsizlik hissəsi tərəfindən saxlanılaraq həbs edilmişdi.

Əslən Qərbi Azərbaycanın Salmas şəhərindən olan və Urmiyə universitetinin elektrik mühəndisliyi ixtisasında təhsil alan Fərid Xorşidi isə 16 iyulda Urmiyə polisinin təhlükəsizlik hissəsinə çağırılıb buraxılsa da, bir gün sonra təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb Urmiyə Mərkəzi həbsxanasına aparılıb.

Amerikanın Səsinin Qərbi Azərbaycan vilayətindəki insan haqları fəallarından əldə etdiyi məlumata əsasən, ötən günlərdə Urmiyədə həbs olunan fəalların mərkəzi həbsxanaya köçürülmələrinə baxmayaraq, məhkəmə sistemi milli fəalların sərbəst buraxılmasına mane olurdu.

Qarabağa dəstək aksiyası ilə əlaqəli saxlanılan milli fəalların ikisi müvəqqəti buraxılsa da hal-hazırda Tehran, Təbriz və Urmiyədə 6 milli fəal təhlükəsizlik qüvvələrinin nəzarətindədir.

Amerikanın Səsinin həbs olunan milli fəalların ailələrindən əldə etdiyi məlumata əsasən, Təbrizdə həbs olunan fəalların dindirilməsi Təbrizin İnqilab Məhkəməsinin 16-cı şöbəsi tərəfindən davam edir.

Həmçinin, Təbrizdə nəzarətdə olan Həkimə Əhmədi, Rəhim Sasani, Sədullah Əsədi və Yasəmin Zəfəri Təbriz həbsxanasına köçürülüb, ancaq onlar üçün irəli sürülən ittihamlar barədə məlumat verilməyib.

Tehranda saxlanılan milli fəal Həmid Cabbarlının son vəziyyəti barədə məlumat verilməyib. daha öncə onun ailəsinin Twitterda paylaşdığı məlumata əsasən, Cabbarlı saxlanıldıqdan sonra qısa telefon əlaqəsində Tehranın Evin həbsxanasında təhlükəsizlik qüvvələrinin nəzarətində olduğunu bildirmişdi, ancaq həmin fəalın bacısının Twitterda paylaşdığı məlumata görə, hakim fəalın müvəqqəti sərbəst buraxılmasına icazə verməyib.

Mitinqdə saxlanılan fəallar təhlükəsizlik qüvvələri tərəfindən işgəncəyə məruz qalıblar.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG