Accessibility links

İsrafil Fətullahzadə həbsinin bitməsinə 40 gün qalmış sərbəst buraxılıb


Güneyli siyasi məhbus İsrafil Fətullahzadə iyunun 28-də həbs müddətinin bitməsinə 40 gün qalmış sərbəst buraxılıb.

Bölgədə fəaliyyət göstərən insan hüquqları fəalları Əhər həbsxanasında 7 aylıq həbs cəzası çəkən İsrafil Fətullahzadənin məzuniyyətə buraxıldığını və artıq həbsxanaya qaytarılmayacağını bildirib.

Son günlərdə Ərdəbil həbsxanasından azadlığa buraxılan Mehrdad Şeyxi və Yusuf Kari də sonu azadlığa bağlanan məzuniyyətə buraxılıb.

Yanvarın 30-da milli fəal şəhərdə təhlükəsizlik qüvvələri tərəfindən tutulub və həbs cəzasının tətbiqi üçün həbsxanaya köçürülmüşdü.

Fətullahzadə aprelin 24-də həbsxanalara koronavirus pandemiyasına nəzarət etmək məqsədilə verilən təlimat əsasında 100 milyon tümənlik mülki zəmanət qarşığılında 20 günlük, martın 1-də isə 7 günlük və martın 18-də Novruz bayramı tətilləri ərəfəsində 2 həftəlik məzuniyyətə çıxmışdı.

2015-ci ilin noyabr ayının 6-də dövlət televiziyasında uşaq və yeniyetmələr üçün proqramda türklərə qarşı təhqiredici “Fitilə” adlı verlişindən sonra İran Azərbaycanının əksər şəhərlərində etiraz aksiyaları baş qaldırmışdı. Şərqi Azərbaycan vilayətində yerləşən Əhər şəhərində çox sayda vətəndaş və milli fəal nəzarət altına alınıb və həbs cəzasına məhkum edilmişdi.

İsrafil Fətullahzadə o zaman keçirilən “anti-irqçilik” etirazları ilə əlaqədar həbs edilmişdi. Milli fəal iki il sonra "İran İslam Respublikasına qarşı təbliğat aparmaq fəaliyyəti ilə ölkənin təhlükəsizliyinə qarşı cinayət törətmək" ittihamından mühakimə olaraq 7 ay həbs cəzasına məhkum edilmişdi. Həmin hökm daha sonra Apellyasiya Məhkəməsi tərəfində qüvvədə saxlanılmışdı.

XS
SM
MD
LG