Accessibility links

ABŞ rəsmisindən COVID xəbərdarlığı: "Dalğa üstünə dalğa gələcək"


ABŞ-ın yoluxucu xəstəliklər üzrə yüksək səviyyəli mütəxəssisi bazar günü koronavirusun daha böyük bir dalğasının yaxınlaşacağının ehtimal olunduğu barədə xəbərdar edib.

ABC tele-kanalının “Bu Həftə” verilişində çıxış edən Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Entoni Fauçi yoluxma nisbətinin birdən-birə dəyişməyəcəyini, lakin Şükran bayramından sonra, yaxın bir neçə həftə ərzində "dalğa üstünə dalğa gələcəyini görə bilərik" deyib.

Bazar günü də Ağ Evin koronavirusla mübarizə koordinatoru Debra Birks CBS televiziya kanalının “Millətlə üz-üzə” verilişində tətil zamanı səyahət edənlərə müraciət edərək, “yoluxmuş olacağınızı düşünün və növbəti bir həftə ərzində mütləq testdən keçin” deyib.

Birks bayram tətili zamanı səyahət edən insanları 65 yaşdan yuxarı və ya hansısa xəstəliyi olan insanlardan uzaq durmağa çağırıb.

Həkimlər bu xəbərdarlıqları yalnız noyabr ayında 4 milyondan çox yoluxma halının qeydə alındığından və bunun 1.9 milyon qeydə alınan oktyabr ayından iki dəfədən çox artmasından sonra edib.

Cons Hopkins Koronavirus Resurs Mərkəzinin bildirdiyinə görə, dünya boyu COVID-19-a yoluxan 62,7 milyon insanın 13,3 milyonu ABŞ-dadır. ABŞ-da virusa yoluxanların sayı dünyanın digər ölkələrindən daha çoxdur. ABŞ-dan sonra Hindistan gəlir ki, orada 9,3 milyon, ondan sonra isə Braziliyadır ki, orada 6,3 milyon yoluxma halı qeydə alınıb.

Cons Hopkinsə Hindistanda bazar günü təxminən 42 000 insanın COVID-ə yoluxduğunu bildirib.

Avropanın bəzi ölkələri koronavirusun yayılmasının qarşısını almaq üçün Milad bayramı tətilində xizəksürmə mərkəzlərini bağlamaq kimi tədbirlər həyata keçirmək üçün geniş bir qitə razılaşmasına ümid edirlər. Lakin bu vaxta qədər vahid bir müqavilə bağlanmayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG